Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:07

Rumıniya öz ərazisində NATO-nun daha çox əsgərini yerləşdirməyə hazırdır


Prezident Klaus İohannis dekabrda keçirilmiş hərbi parad zamanı
Prezident Klaus İohannis dekabrda keçirilmiş hərbi parad zamanı

Rumıniya bildirib ki, öz ərazisində bu ölkələrin qoşunlarının gücləndirilməsi barədə ABŞ və Fransa ilə danışıqlar aparır

Rumıniya bildirib ki, öz ərazisində bu ölkələrin qoşunlarının gücləndirilməsi barədə ABŞ və Fransa ilə danışıqlar aparır.

Reuters agentliyinin yazdığına görə, Rumıniya prezidenti Klaus İohannis yanvarın 26-da deyib ki, onun ölkəsi öz ərazisində daha çox NATO qüvvələrinin yerləşdirilməsinə hazırdır.

ABŞ Dövlət Departamenti həftənin əvvəllərində bildirmişdi ki, Pentaqon Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə NATO-nun şərq cinahını gücləndirmək məqsədilə 8500 ABŞ hərbçisini həyəcan vəziyyətinə gətirib.

Fransa da lazım gələrsə daha çox hərbçi göndərməyə hazır olduğunu bildirib.

Prezident İohannis deyib:

"Mən həmişə demişəm ki, biz öz ölkəmizdə müttəfiqlərimizin genişləndirilmiş qüvvələrinin yerləşdirilməsinə hazırıq. Birləşmiş Ştatların və Fransanın bəyanatlarından sonra biz onlara aid qüvvələrin ölkəmizə gətirilməsinin reallaşdırılması üçün daim əlaqədəyik”.

Prezindet İohannis bu bəyanatı ölkənin ali müdafiə şurasının iclasından sonra verib.

Ukraynadan mümkün qaçqın axını

Şuranın iclasında Rusiyanın Ukrayna sərhədlərinə çox sayda hərbçi yığması ilə əlaqədar yaranmış gərginlik müzakirə olunurdu.

İohannis əlavə edib ki, eskalasiyanın azaldılması üçün əsas vasitə diplomatiya olmalıdır.

Rumıniya prezidenti bunu da bildirib ki, ali müdafiə şurası münaqişənin bizneslərə, enerji və bank sektorlarına mümkün təsirlərini müzakirə edib.

Avropa İttifaqının üzvü olan Rumıniya habelə 600 kilometrlik ümumi sərhədi olan Ukraynadan mümkün qaçqın axınına hazırlaşır.

NATO-nun Rumıniyada 4 minlik çoxmillətli piyada qüvvələri var. Rumıniya 2004-cü ildən NATO üzvüdür.

Birləşmiş Ştatlar Rumıniya və Bolqarıstandakı hərbi bazalarda NATO-ya əlavə olaraq öz əsgərlərini də yerləşdirib.

İohannis deyib ki, hazırkı gərginlik şərq cinahında müttəfiq qüvvələrin artırılmasının zəruriliyini sübut edir.

XS
SM
MD
LG