Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:35

Makron niyə uzun masaya oturdulub


Putin-Makron görüşü
Putin-Makron görüşü

Peskov uzun masaya kimin oturdulması haqda qərarın siyasi olmadığını vurğulayıb

Fransa Prezidenti Emmanuel Makronun bu həftənin əvvəlində rusiyalı həmkarı Vladimir Putinlə görüşdə uzun bir masaya oturdulmasına onun Kremlin təklif etdiyi COVID-19 testindən imtinası səbəb olub. Bunu Rusiya tərəf bildirir.

Makron fevralın 7-də Moskvaya Rusiyanın Ukrayna sərhədinə qoşun yığmasının yaratdığı böhranın müzakirəsi üçün getmişdi.

İnternetdə yayılmış memlərdən biri
İnternetdə yayılmış memlərdən biri

Stolun uzunluğu altı metrdir

Danışıqlar masası internetdə məsxərəyə qoyulub. Özəlliklə də üç gün sonra Putinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə kiçik bir masa ətrafında oturması sual doğurub.

Kremlin sözçüsü Dmitri Peskov fevralın 11-də jurnalistlərə deyib ki, Makronun nəhəng masa başına oturdulmasına onun Kremldə tibb işçilərinin götürdüyü koronavirus testindən imtinası səbəb olub.

Macarıstanın Baş naziri Viktor Orban, İran Prezidenti İbrahim Rəisi də Putinlə görüşlərində COVID qaydalarına görə məsafədə əyləşiblər.

“Bəziləri ilə danışıqlar uzun masada aparılır, stolun uzunluğu altı metrdir. Çünki bəziləri öz qaydalarına əməl edirlər, ev sahibi ilə əməkdaşlıq etmirlər”, – o deyib.

Peskov uzun masaya kimin oturdulması haqda qərarın siyasi olmadığını vurğulayıb.

Fransa tərəf nə deyir

Makronun müşayiət edən dəstədən mənbə “AFP”yə deyib ki, Fransa prezidenti “səyahət zamanı həmişə əməl etdiyi qaydaları gözləyib”.

Fransa prezident idarəsindən “AFP”yə danışan, adının çəkilməsini istəməyən mənbə də “Rusiya tərəfin tələb etdiyi PCR testinin şərtlərindən dolayı məsələ çıxdığını” təsdiqləyib.

Stolun uzunluğunu Fransanın “Liberation” dərgisi üz qabığında lağa qoymuşdu. Bu mövzu İnternetdə saysız memlərə yol açıb.

XS
SM
MD
LG