Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:40

NATO müttəfiqləri şərqi Avropaya yeni qüvvələr gətirir


Almaniya hərbi hava qüvvələrinin Eurofighter qırıcıları (Arxiv fotosu)
Almaniya hərbi hava qüvvələrinin Eurofighter qırıcıları (Arxiv fotosu)

Ümumilkdə tanklar və 5 minlik əsgəri qüvvənin vəzifəsi NATO-nun əsas ordusu gətirilənədək hər hansı təcavüzün qarşısını almaqdır

Almaniyanın 130 hərbçisi və 60 hərbi maşını fevralın 17-də Litvaya çatıb.

Bu, Rusiyanın Ukraynaya müdaxilə təhlükəsi ilə bağlı Almaniyadan Litvaya göndərilən hərbi qüvvələrin təxminən yarısıdır.

Litva prezidenti Gitanas Nauseda deyib ki, Almaniya kansleri Olof Şolts ona bu qoşunların lazım gələrsə Litvanın müdafiəsi üçün döyüşməyə hazır olduqlarını bildirib:

"Almaniya ordusu Litvaya, əgər təhlükə olarsa bizi müdafiə etmək üçün gəlib. Onlar öz vəzifələrini yerinə yetirməyə hazırdırlar”.

Reuters agentliyi polkovnik-leytenant Daniel Andreyə istinadən bildirir ki, 130 hərbçi artıq Litvada olan 350 nəfərlik Almaniya əsgəri qüvvəsini gücləndirməlidir:

“Biz isbat etdik ki, lazım gələrsə uzun məsafəyə qısa müddətdə böyük qüvvə gətirməyə hazırıq”.

Burada Almaniyanın habelə 100-dək hərbi texnikası var.

Şərq cinahı gücləndirilir

Reuters yazır ki, NATO Ukrayna ətrafında yaranmış böhranla bağlı özünün Rusiya ilə həmsərhəd şərq cinahını gücləndirir.

Artilleriya və kəşfiyyat maşınlarından və pantserqrenadyor xüsusi birləşmələrindən (motoatıcı) ibarət karvan Almaniyadan fevralın 15-də çıxıb.

Litva müdafiə nazirinin müavini Margiris Abukeviçus deyib ki, müttəfiqlərin Rusiyanı çəkindərəcək element kimi ölkə ərazisində olması çox mühümdür.

Almaniyanın başçılıq etdiyi bu hərbi birləşməyə qarşıdan gələn aylarda Norveçin 50-60 hərbçisi də qoşulacaq.

Hazırda Litvada üst-üstə 1610 NATO hərbçisi var.

Britaniya bildirib ki, Estoniyadakı hərbi qüvvələrinin sayını iki dəfə artıracaq.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra, NATO 2017-ci ildə Estoniya, Litva, Latviya və Polşada dörd beynəlmiləl döyüş qrupu yerləşdirib.

Ümumilkdə tanklar və 5 minlik əsgəri qüvvənin vəzifəsi NATO-nun əsas ordusu gətirilənədək hər hansı təcavüzün qarşısını almaqdır.

Ukrayna mülki obyektlərinin atəşə tutulduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Yeni döyüş birləşmələri

Bu arada Almaniya hərbi hava qüvvələrinin Eurofighter qırıcıları fevralın 17-də Rumıniyanın şərqindəki hərbi hava bazasına gətirilib.

Reuters yazır ki, 3 Eurofighter qırıcısı və təxminən 60 əsgər buradakı İtaliya və Rumıniya birliklərinə qoşulacaq.

Bu qüvvələr Qara dəniz sahilindəki Mihail Kogalniceanu hərbi hava bazasında yerləşdirilib.

Bundan bir ay əvvəl bu bazaya Almaniyadan ABŞ-ın 1000 nəfərlik Stryker zərbə eskadronu gətirilib.

Bu eskadron Ukrayna ilə həmsərhəd olan Rumıniyada ABŞ-ın rotasiya prinsipi ilə yerləşdirdiyi 900 hərbçiyə əlavə olaraq gətirilib.

Bu həftənin əvvəllərində NATO özünün hərbi komandanlarına mərkəzi və şərqi Avropada yerləşdirilmək üçün yeni döyüş birləşmələrinin yaradılması planlarını hazırlamağı tapşırmışdı.

Diplomatlar bildirirlər ki, 4000 hərbçidən ibarət 4 döyüş birliyi Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada yerləşdirilə bilər.

XS
SM
MD
LG