Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:35
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Son sutkada Rusiyanın Ukraynada itirdiyi aviasiya növləri

İctimaiyyətə açıq olan foto və video materialları, habelə hadisə yerindən reportajları təhlil edən Oryx Araşdırma Qrupu son 26 saat ərzində Rusiya təyyarələrinin Ukrayna ilə müharibədə iştirakını yekunlaşdırıb.

Araçdırmaların nəticəsinə görə, Ukraynaya təcavüz edən Rusiya ordusu bir sutkada

1 ədəd məqsədli, 4-cü nəsil Su-30SM qırıcı təyyarə,

1 çoxfunksiyalı səsdən sürətli qırıcı-bombardmançı Su-34,

3 hücum təyyarəsi Su-25,

2 Mi-24/Mi-35 helikopteri,

1 ədəd Mi-8 helikopteri və ədəd də 1 ədəd "Orlan-10" pilotsuz uçuş aparatı itirib.

Rusiya müdafiə nazirliyi Mariupol və Volnovaxada hücumları yenidən bərpa edəcəyini bildirir

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya ordusu yerli vaxtla saat 18:00-dan etibarən Mariupol və Volnovaxa yaxınlığında hücumu bərpa edəcək. Məlumatda deyilir ki, "sükut rejimində millətçilər bir nəfərə də şəhərlərdən çıxmağa imkan verməyiblər".

Bundan əvvəl isə Maripul hakimiyyət nümayəndələri bəyan ediblər ki, Rusiya silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki vətəndaşları şəhərdən təxliyyə etmək mümkün olmayıb.

Qaçanların sayı yüksələ bilər

Rusiyanın Ukraynaya soxulmasının 11-ci günündə bu ölkədən qaçanların sayının 1,3 milyondan çox olduğu bildirilir. Qaça bilən ukraynalılar qonşu Polşa, Rumıniya, Slovakiya, o cümlədən Almaniya və başqa ölkələrə sığınırlar.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi iyul ayına qədər qaçqınların sayının 4 milyona çata biləcəyini təxmin edir.

Həftə sonu Polşa sərhədində ukraynalı qaçqınlara baş çəkərkən ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun baş verən humanitar böhran üçün 2,75 milyard dollar ayırmaq məsələsinə baxıldığını deyib.

Martın 6-da Ukrayna ordusunun yaydığı məlumata görə, Nikolayev və Çerniqov şəhərləri istiqamətində Rusiya qoşunları ilə qızğın döyüşlər gedib. Hərbçilərin Facebook-da yaydığı məlumata görə, "əsas səylər Mariupol şəhərinin müdafiəsinə yönəlib".

Bundan başqa Ukrayna ordusunun Donetski vilayətində də hərbi əməliyyatları davam etdirdiyi bildirilir. Mariupol isə günlərdir ki, mühasirədədir. Şəhər işıq, qida və susuz qalıb.

Bir gün əvvəl Rusiya humanitar dəhliz açmaq üçün atəşkəs elan etdiyini bildirib. Bundan sonra Ukrayna rəsmiləri 450 minlik əhalinin avtobus və şəxsi avtomobillərlə şəhəri tərk etməyə başlaya biləcəyini bildirib.

Lakin sonradan rəsmilər “Rusiya tərəfinin atəşkəsə əməl etmədiyini və həm Mariupolun özünü, həm də ətrafını atəşə tutmağa davam etdiyini” deyərək təxliyyəni dayandırıblar.

Rusiyada müharibəyə qarşı etirazlar

Moskvanın Ukraynada apardığı müharibəyə qarşı bazar günü Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçiriləcək.

Aksiyalarda iştirak etmək üçün çağırışlar, xüsusən də Aleksey Navalnının komandası tərəfindən yayılır.

Martın 4-də Vladimir Putin “Rusiyanın maraqlarını qorumaq üçün rus qoşunlarından istifadənin qarşısını almaq” çağırışlarını cinayət hesab edən qanunu imzalayıb.

Martın 6-da elan edilən müharibə əleyhinə etirazlar ərəfəsində Rusiya təhlükəsizlik qüvvələri fəallara qarşı repressiyaları gücləndirib. Məlumatlara görə, Rusiya təhlükəsizlik qüvvələri Sankt-Peterburq, Vladimir, Pskov, Tümen və Çitada azı 49 axtarış aparıb.

Artıq Rusiyanın Sibir və digər bölgələrində etrirazlarla bağlı həbslərin başlandığı barədə məlumatlar var.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Fevralın 24-dən bəri 11 min Rusiya əsgəri ölüb

Ukrayna hərbçisi Xarkovda vurulan Rusiya hərbi texnikasının yayında, 27 fevral 2022
Ukrayna hərbçisi Xarkovda vurulan Rusiya hərbi texnikasının yayında, 27 fevral 2022

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə başlayan gündən-fevralın 24-dən bəri 11 min rus əsgərinin öldüyünü bildirib.

Baş Qərargahın yaydığı məlumatda vurğulanır ki, hərbi əməliyyatların yüksək intensivliyinə görə hesablama mürəkkəbdir və məlumatlar dəqiqləşdirilir.

Məlumatda həmçinin “Rusiya işğalçı qoşunlarının 650-dən çox yaralı nümayəndəsinin cəbhə xəttindən xəstəxanalardan birinə çatdırıldığı” bildirilir.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə martın 2-də itkiləri ilə bağlı məlumatları dərc edərək, 498 hərbçinin öldüyünü, 1597 nəfərin yaralandığını bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın itkisi 2870 , yaralıların sayı isə 3700 nəfərdir.

Davamı

XS
SM
MD
LG