Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:55

Rusiya iqtisadiyyatına cəza bombaları yağır


Rusiyada xarici valyutanın ölkədən çıxarılmasına məhdudiyyət qoyulur
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Rusiyada xarici valyutanın ölkədən çıxarılmasına məhdudiyyət qoyulur

Fevral 24-də Ukrayna ərazisində işğalı başlatdığından bəri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edilməyə başlanılıb. Avropa, Şimali Amerika və Asiyanın bir çox irəliləmiş ölkəsi bu sanksiyalara qoşulub. Dövlətlərlə yanaşı, özəl şirkətlər də Rusiyada fəaliyyətini dayandırmaqdadır. İnformasiya texnologiyalarından geyim sektorunadək müxtəlif istiqamətlərdə fəaliyyət göstərən onlarla qlobal şirkət Rusiyadakı fəaliyyətini dayandırmaq qərarı alıb. 1 trilyon 700 milyard dollara yaxın toplam daxili məhsul həcmi ilə dünyanın ən böyük 11-ci iqtisadiyyatı olan Rusiyanın bu sanksiyalara nə qədər dözə biləcəyi bugünlərdə ən çox dartışılan suallardandır.

Maliyyə sektorunda böyük itkilər

Lap təsirli sanksiyalardan biri Rusiya Mərkəzi Bankı aktivlərinin dondurulmasıdır. Ən son açıqlanan rəqəmlərə görə, Rusiya Mərkəzi Bankının aktivləri 630 milyard dollara yaxındır. Rəsmi bilgilərdən aydın olur ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının təxminən yarısı Rusiyaya qarşı sanksiyalar qoyan ölkələrdə saxlanılırmış. Ötən ilin ikinci yarısına dair bilgiyə görə, Rusiyanın valyuta ehtiyatlarının 21.7 faizi qızılda, 13.8 faizi Çində, 12.2 faizi Fransada, 10 faizi Yaponiyada, 9.5 faizi Almaniyada, 6.6 faizi ABŞ-da, 5 faizi beynəlxalq maliyyə qurumlarında, 4.5 faizi Böyük Britaniyada, 3 faizi Avstriyada, 2.8 faizi Kanadada saxlanılır.

Rublun çökməsi Ermənistana da problem yaradıb
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankla yanaşı, Rusiyada fəaliyyət göstərən özəl kommersiya bankları da sanksiyalarla üzləşib. Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, rusiyalı müştərilərin xarici banklarda saxladığı vəsaitin həcmi 128 milyard dollardır. Rus müştəriləri pullarını ən çox "SocGen" (Fransa), "Raiffeisen" (Avstriya), "UniCredit" (İtaliya) kimi Avropa banklarında saxlayır. Amma bunu da gözdən qaçırmaq olmaz ki, xarici banklar da Rusiyadakı müştərilərinə təxminən 121 milyard dollar məbləğində kredit verib. Bu baxımdan, istər rus müştərilərin xarici banklardakı, istərsə xarici bankların Rusiyadakı vəsaiti təxminən bərabərdir. Ancaq nəzərə almaq lazımdır ki, bu həcmdə vəsaitin itirilməsi Rusiya iqtisadiyyatından ötrü daha ciddi itki sayıla bilər. Axı rus müştərilərin xarici banklarda saxladığı vəsait Rusiyanın toplam daxili vəsaitinin təxminən 9 faizidir. Digər tərəfdən, Rusiyadakı bütün xarici bank kreditlərinin Avropa ölkələrinə məxsus olduğu düşünülsə, bu vəsait (121 milyard dollar) Avropa Birliyinin toplam daxili məhsulunun (15 trilyon dollardan çox) 1 faizindən də az hissəsidir.

Maliyyə sektoruna sanksiya tətbiq edənlər arasında dünyanın ən böyük ödəniş sistemlərindən "Visa" və "Mastercard" da var. İndən belə rus banklarına məxsus kartlar xarici ölkələrdə işləməyəcək. Xarici ölkələrə məxsus bank kartları da eyni qaydada Rusiyada çalışmayacaq. Beləcə, Rusiya banklarının kartları yalnız ölkədaxili ödəmələr üçün yararlı sayılacaq.

Rusiya malları Azərbaycanda ucuzlaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Əhalinin öz vəsaitini toplu şəkildə banklardan çıxarması da Rusiyanın maliyyə sektoruna ağır zərbə vurur. Təkcə fevralın 24-də - müharibənin ilk günündə müştərilər Rusiya banklarından 111 milyard rubl çıxarıblar. Bu, həmin günün məzənnəsi ilə 2 milyard manatdan çox vəsait deməkdir.

Qeyd etmək lazımdır ki, xarici sanksiyalarla yanaşı, Rusiyanın iqtisadi siyasətinə cavabdeh qurumlar da bazarı sərt tənzimləyən addımlar atmağa başlayıb. Məsələn, artıq ölkə vətəndaşları xarici valyuta alarkən 30 faiz vergi ödəməli olacaqlar. Bundan başqa, Rusiyanın Maliyyə Nazirliyi bütün ixracatçılara əldə etdikləri valyutanın 80 faizinin satılması öhdəliyi qoyub. Mərkəzi Bank isə xarici fiziki və hüquqi şəxslərə Rusiyada sahib olduqları qiymətli kağızları satmağı yasaqlayıb. Ölkədə uçot dərəcələri iki dəfədən çox artırılıb və 9.5 faizdən 20 faizə çatdırılıb.

Rusiya iqtisadiyyatının Qərbə daha çox ehtiyacı var

Avropa ölkələrinin Rusiyaya bu qədər rahat iqtisadi sanksiyalar tətbiq etməsi Rusiyanın həmin ölkələrin ixracında önəmli yer tutmamasından da qaynaqlanır. Rusiya avrozonada yalnız Litvanın ixracatında ikirəqəmli paya (13 faiz) sahibdir. Latviya və Estoniyada bu göstərici təxminən 8 faiz, Finlandiyada 5 faiz, Sloveniyada isə 3 faizdir. Digər bütün ölkələrdə Rusiyaya ixracat ixracın 2 faizindən də azdır. Ancaq nəzərə almaq lazımdır ki, Avropanın qaz idxalının təxminən üçdə biri Rusiyadan gerçəkləşdirilir.

Erməni nazir: Rusiya şirkətləri sanksiyalara görə Yerevana gəlir
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Digər tərəfdən, Rusiyanın ixracı üçün isə Qərb ölkələri çox vacib istiqamətdir. Çünki ölkənin ixracının tən yarısı ABŞ, Avropa Ittifaqi və Böyük Britaniyanın payına düşür. Müxtəlif sahələrdə bu göstərici 30-90 faiz arasında dəyişir. Müqayisə üçün deyək ki, Rusiyanın əsas rol oynadığı Avrasiya İttifaqına daxil olan ölkələrin ixracda payı cəmi 10 faiz civarındadır. Valyuta cəhətdən də eyni mənzərə hökm sürür. Rusiyanın ixracında hesablaşmaların 85 faizi, idxalda isə 66 faizi dollar və avro ilə aparılır. Qeyd edək ki, Rusiyanın ən çox mal idxal etdiyi ölkələr sırası ilə Çin, Almaniya, Belarus, ABŞ, İtaliya, Yaponiya, Fransa və Cənubi Koreyadır. Bu 10 ölkədən səkkizi Rusiyaya qarşı sanksiyalara qoşulub.

Rusiyada ən çətin vəziyyətdə qalan sahələrdən biri də hava yollarıdır. Bir çox Avropa ölkəsi öz hava məkanını Rusiya üçün qapatdığı üçün uçuşlar alternativ marşrutlarla həyata keçirilir ki, bu da, həm daha çox vaxt və maliyyə itkisinə səbəb olur. Daha bir problem isə, elə təyyarələrin özləri ilə bağlıdır. Belə ki, "Forbes" nəşrinin yazdığına görə, Rusiya mülki aviasiyasının ixtiyarında olan 980 təyyarədən 515-i və ya 53 faizi xarici lizinq şirkətlərindən icarəyə götürülüb. İndi yaranmış vəziyyətlə əlaqədar həmin lizinq şirkətləri tədricən təyyarələrini geri istəyir. Eyni zamanda, beynəlxalq sığorta şirkətləri də təyyarələrin sığortasını yeniləməkdən imtina edir. Nəticədə bəzi təyyarələr Rusiyaya geri qayıda bilmir. Rusiya hökuməti buna qarşı konflikt dərinləşərsə, lizinqlə alınan təyyarələrin ölkədə olanlarını milliləşdirmək istəyir. Ancaq bu zaman təyyarələrə texniki xidmət və ehtiyat hissələri ilə təminat problemi yarana bilər.

XS
SM
MD
LG