Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:38

Rusiya qazını rublla satacaq


Vladimir Putin
Vladimir Putin

“RİA” artıq Rusiya valyutasının bahalandığını, bir dolların 100 rubldan aşağı düşdüyünü xəbər verir

Rusiya “qeyri-dost” ölkələrə qazı rublla satacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Malımızı Aİ və ABŞ-a çatdırıb əvəzində dollar və avro almağın heç bir mənası yoxdur. Ona görə də ödənişin köçürülməsi üzrə kompleks tədbirlərin ən qısa zamanda gerçəkləşdirilməsinə qərar verdim. Təbii qazımızdan başlayırıq. Qeyri-dost adlanan ölkələrə göndərdiyimiz təbii qaza görə ödəniş Rusiya rublu ilə olmalıdır. Yəni, bu hesablaşmalarda özlərini etibardan salmış valyutalardan imtina edirik”, – o söyləyib.

Putin qeyd edib ki, qaz göndərişləri razılaşdırılmış kontraktlara uyğun həcm və qiymətlərlə çatdırılır.

“RİA” artıq Rusiya valyutasının bahalandığını, bir dolların 100 rubldan aşağı düşdüyünü xəbər verir. Artıq Rusiyadan qaz almaq istəyənlər Moskva birjasında valyuta əldə etməlidirlər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Putin məqsədin Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” olduğunu deyib.

Kremlin tədbirləri

Qərb Moskvaya sərt maliyyə sanksiyaları açıqlayıb, bir sıra tanınmış brendlər bu ölkədə işi dayandırıblar.

Kreml Qərbin addımlarını iqtisadi müharibə adlandırıb. Rusiya Bankı valyuta bazarında vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görür. Baş nazir Mixail Mişustin deyirdi ki, hökumətin sanksiyalara qarşı hazırladığı planda 100-ə yaxın təşəbbüs yer alıb. Bu planın bir trilyon rubl dəyərində olduğu bildirilir.

Putinin bu yaxınlarda imzaladığı sərəncamda regional hakim orqanların üzərinə bir sıra vəzifələr qoyulur. Onlar sosial ödənişləri qaldırmalı, məhsulların qiymətinin sabitliyi təmin etməli, əmək bazarında vəziyyətə nəzarət etməlidirlər. Putin pensiyaların, yaşayış minimumunun, büdcə işçilərinin maaşlarının qaldırılacağını söyləyib.

XS
SM
MD
LG