Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 06:57

Kiyevdə ‘Ukrayna-Rusiya dostluğu’ abidəsini sökürlər


Xalqlar Dostluğu Tağı abidəsi
Xalqlar Dostluğu Tağı abidəsi

Kiyevin mərkəzində Xalqlar Dostluğu Tağının altındakı abidənin sökülməsinə başlanıb.

Bu abidə Ukrayna və Rusiya xalqları arasında “dostluğu” simvolizə edirdi.

Xəbər verilir ki, abidənin sökülməsinə paytaxt meriyası Rusiyanın Ukraynaya hücumu ilə bağlı göstəriş verib.

Sosial şəbəkələrdə yayılan foto və videolarda 1981-ci ildə qoyulmuş iki fəhlə fiqurunun demontaj edildiyi görünür.

Xalqlar Dostluğu Tağı abidəsi 1981-ci ildə Kiyevin 1500, SSRİ-nin yaradılmasının isə 60 illiyi münasibətilə ucaldılmışdı.

Tağın altında qoyulmuş iki heykəldən ibarət kompozisiya “Ukraynanın Rusiya ilə birləşməsini” simvolizə edirdi.

Demontaja məhz bu iki fiqur və bir də 1654-cü ilin Pereyaslav radasına qoyulmuş çoxfiqurlu abidə məruz qalacaq.

Kiyev meri Vitali Kliçko bildirib ki, ikinci abidə bir qədər sonra söküləcək.

Puşkin, Jeqlov və başqaları

Kliçkonun sözlərinə görə tağın özü saxlanacaq və Ukrayna bayrağının rənglərinə boyanacaq.

Ukraynada müharibə başlanandan bəri Rusiya ilə bağlı bir sıra abidələr sökülüb. Bunlardan biri də Aleksandr Puşkinin heykəli idi.

Meriya eyni zamanda bir sıra küçə və yer adlarının dəyişdirilməsini, habelə abidələrin sökülməsini müzakirə edir.

Məsələn, general Nikolay Vatutinin, yazıçı Mixail Bulqakovun və ya “Görüş yerini dəyişmək olmaz” filminin qəhrəmanları Jeqlov və Şarapovun heykəlləri söküləcək.

XS
SM
MD
LG