Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:15

Əliyev: 'Nümayəndələr mayın əvvəllərində Brüsseldə görüşə bilərlər'


"Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" konfransı
"Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" konfransı

Azərbaycan və Ermənistanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər.

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 29-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda bildirib.

"Mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var", - dövlət başçısı bəyan edib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan (Rusiya, Azərbaycan və Ermənistan arasında) bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən həmin görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

XS
SM
MD
LG