Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:46

Ukraynada Rusiya generalının idarə etdiyi qırıcı vurulub


Aprel ayında Kiyev səmasında vurulmuş başqa bir Su-25 qırıcısı
Aprel ayında Kiyev səmasında vurulmuş başqa bir Su-25 qırıcısı

Ukrayna səmasında Rusiya hərbi-hava qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin idarə etdiyi qırıcı təyayrə vurulub

Ukrayna səmasında Rusiya hərbi-hava qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin idarə etdiyi qırıcı təyayrə vurulub.

Bu barədə məlumatı BBC-nin Rus xidməti həlak olmuş generalın tabeçiliyində olmuş üç hərbçiyə istinadən yayıb.

Rusiya Müdafiə Nazirliyi hələki bu xəbərə şərh verməyib.

Ötən bazar, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər vermişdi ki, Luqansk vilayəti üzrəində Rusiyanın Su-25 qırıcı təyyarəsi vurulub.

Bu da xəbər verilirdi ki, pilot katapult edə bilməyib.

Bu xəbərin ardınca Rusiya teleqram-kanallarında yayılan məlumatlarda deyilirdi ki, qırıcı təyyarəni general Botaşevin özü idarə edirmiş.

Kanalın administratoru sonradan “Botaşev” soyadını silsə də, müzakirə iştirakçıları onun adını K.X.B (Kanamat-Xusiyeviç-Botaşev) şəklində qeyd edirdilər.

63 yaşlı pilot

Bu da qeyd olunur ki, Botaşev Rusiyanın Ukrayna müharibəsində həlak olması barədə xəbər verilmiş ən yüksək rütbəli pilotudur.

O istefaya gedənədək aviasiya alayı komandiri idi. 63 yaşlı Botaşev təqaüdə çıxdıqdan sonra Peterburq və Leninqrad vilayətlərinin DOSAAF - Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎nin aviasiya üzrə rəis müavini işləyirdi.

63 yaşlı pensiyaçı generalın Ukrayna səmasında vurulan Su-25-in sükanı arxasına necə keçdiyi barədə məlumat yoxdur.

Keçmişdə tabeliyində olmuş hərbçilər bu fikirdədirlər ki, genaral “sadəcə olaraq hadisələrdən kənarda qalmaq istəməyib”.

Qaraçay-Çərkəz Muxtar Vilayətində doğulub

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyada hərbi komissarlıqların və özəl hərbi şirkətlərin istefada olan hərbçiləri müharibədə iştiraka cəlb etmələri məlumdur.

BBC açıq mənbələrə istinadən yazır ki, Ukraynada Rusiyanın azı 31 hərbi təyyarəçisi həlak olub.

Rusiya Müdafiə Nazirliyinin Ukraynanın bütün havadan müdafiə və hərbi-hava qüvvələrinin məhv edildiyinə dair bəyanatlarına baxmayaraq Rusiya hələ də Ukrayna səmasında hegemonluğu ələ ala bilməyib.

Xəbər verilir ki, Ukrayna hazırda ən müasir hava hücumundan müdafiə sistemlərinə və çox sayda zenit qurğularına malikdir.

Ukrayna tərəfi indiyədək 204 Rusiya hərbi təyyarəsinin vurulduğunu bildirir.

Lakin açıq mənbələrlə bunun yalnız 20-si təsdiq olunub.

Rusiya Müdafiə Nazirliyi bu kimi xəbərləri şərh etmir.

Vikipediadakı məlumata görə Kanamat Botaşev 1959-cu ildə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Aşağı Teberda kəndində doğulub. Burada əsasən milliyyətcə qaraçaylar yaşayırlar.

XS
SM
MD
LG