Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:35

NATO: Rusiyanın təcavüzü oyun qaydalarını dəyişir


Qaçqınlar Kosovoya daxil olan ABŞ qoşunlarını salamlayır
Qaçqınlar Kosovoya daxil olan ABŞ qoşunlarını salamlayır

İyunun 16 NATO nazirləri Ukraynanı onun Rusiya ilə qarşıdurmasında bundan sonra dəstəkələmək və alyansın kollektiv müdafiə potensialını artırmaq barədə razılığa gəliblər

Rusiyanın təcavüzü oyun qaydalarını dəyişir və buna görə də NATO-nun ilkin vəzifəsi inandırıcı çəkindirmə və güclü müdafiə qabiliyyətini saxlamaqdır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq şimal alyansı ölkələri müdafiə nazirlərinin iyunun 16-da keçirilən görüşündə deyib.

Stoltenberqin sözlərinə görə bu görüşdə nazirlər Ukraynanı onun Rusiya ilə qarşıdurmasında bundan sonra dəstəkələmək və NATO-nun kollektiv müdafiə potensialını artırmaq barədə razılığa gəliblər.

Baş katib deyib ki, bu ilk növbədə blokun şərq cinahının əlavə döyüş birlikləri ilə möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün silah-sursat ehtiyatının artırılması deməkdir.

Associated Press agentliyi yazır ki, NATO özünün şərq cinahında alyansın birbaşa komandanlığı altında 40 minlik qoşun formalaşdırıb.

London, Paris, Berlin

NATO-nun baş katibi bildirib ki, üzv ölkələr şimal alyansına nə qədər hərbçi verəcəklərinə dair qərara gəlməlidirlər.

Almaniya artıq Litvadakı qoşunlarının sayını artırmaq planlarını elan edib.

Fransa bildirib ki, ilin sonunadək Rumıniyada Leclerc tankları ilə birlikdə 1000 nəfərlik əsgəri qüvvə yerləşdirəcək.

Reuters agentliyinin xəbərinə görə Britaniya iyunun 16-da bildirib ki, Estoniyaya daha çox qoşun göndərəcək və ordakı briqadaya komandanlıq edəcək.

Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, onun ölkəsi Estoniyadakı iki döyüş birləşməsini böyüdərək vahid briqadaya çevirəcək.

Britaniya qoşunları iyunun 12-də Kosovaya daxil olur
Britaniya qoşunları iyunun 12-də Kosovaya daxil olur

NATO briqadaların tərkibini böyüdür

NATO-nun yeni planlarına görə təşkil olunacaq briqadaların tərkibində 3 minlə 5 min arası hərbçi olacaq.

Rusiyanın Ukraynaya hücumundan əvvəl Litva, Latviya və Estoniyada hər birində 1000 əsgər olmaqla NATO qvvələri yerləşdirilmişdi.

Latviyanın müdafiə naziri Artis Pabriks deyib ki, NATO Baltikyanı ölkələrdə daha böyük canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir.

Ukrayna rəhbərliyi ölkənin şərqində Rusiya qüvvələrinin aramsız hücumları fonunda ölkəyə daha çox silah verilməsini istəyir.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak deyib ki, Ukraynaya təcili olaraq 1000-dən az olmayaraq haubitsa topu, 300 reaktiv yaylım atəşi sistemi və 500 tank lazımdır.

NATO nazirlərinin iclasında çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin bir daha Finlandiya və İsveçin NATO-ya qoşulmaq qərarını alqışlayıb.

Bu iki ölkənin NATO üzvlüyünə hələki Türkiyə etiraz edir. Ankara Stokholm və Helsinkini PKK tərəfdarlarının himayə etməkdə günahlandırır.

NATO nazirlərinin bu görüşü iyunun axırlarında alyansın Madriddə keçiriləcək sammitinin ərəfəsinə təısadüf edir.

Bu sammitdə NATO üzvləri Rusiyaya münasibətdə ümumi mövqelərini formalaşdırmalıdırlar.

XS
SM
MD
LG