Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:38

Yerevan hərbçinin öldürüldüyünü deyir, Bakı təkzib edir


Ermənistan hərbçisi
Ermənistan hərbçisi

Nazirlik sərhəddəki gərginliyə görə “bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü” vurğulayıb.

Ermənistan sentyabrın 5-də axşam Azərbaycanla sərhədin şərq hissəsindəki döyüş mövqeyində qarşı tərəfdən açılan atəş nəticəsində hərbçisinin həlak olduğunu bildirir.

20 yaşlı kiçik serjant Arman Sarqsyanın ölümü haqda məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi (MN) isə bu məlumatı təkzib edərək “yalan” adlandırıb.

MN sentyabrın 6-da səhər bildirib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəddə Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur. Əsasən Kəlbəcər rayonundakı mövqelərin müxtəlif növ atıcı silahlardan atəşə tutulduğu bildirilib.

Nazirlik sərhəddəki gərginliyə görə “bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü” vurğulayıb.

Ermənistan tərəfdən bugünkü bəyanata reaksiya gəlməsə də, bir gün öncə Yerevan atəşkəsi pozması haqda Azərbaycanın açıqlamalarınıtəkzib edib.

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.

Son iki ildə atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib və bir-birini atəşkəs pozuntusuna görə ittiham edib. Ötən ay Azərbaycan qüvvələri bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.

Hazırda iki ölkə arasında yüksək səviyyədə təmaslar davam edir, sülh sazişi, digər məsələlərlə bağlı müzakirələr aparıldığı bildirilir.

XS
SM
MD
LG