Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:38

İran etirazlarında ölənlərin sayı 7-yə çatıb


'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'
Gözlə

No media source currently available

0:00 0:09:05 0:00

'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'

Ötən gecə Şirazdan savayı paytaxt Tehranda və bir sıra digər böyük şəhərlərdə,  Məşhəd, Təbriz, Rəşt və İsfahanda da etirazların keçirildiyi xəbər verilir

İranda gənc qadın Məhsa Əmininin polisdə ölməsinə görə beşinci gündür ki, davam edəm etirazlarda ölənlərin sayı 7-yə çatıb.

Bu rəqəm hökumət mənbələri tərəfindən təsdiqlənib

Reuters agentliyi yazır ki, kürdlərin Henqav insan haqları qrupu İranda kürdlərin sıx yaşadıqları ərazilərdə 7 etirazçının öldürüldüyünü bildirib.

Rəsmilər etirazçıların polis tərəfindən öldürülməsini təkzib edirlər.

Bu da xəbər verilir ki, Kürdüstan ostanı boyunca internet kəsilib.

İnterneti izləyən NetBlocks saytı və İran sakinləri bildirirlər ki, ölkədə Instagram platformasına giriş bloklanıb.

Rəsmi məlumata görə ölkədə bu şəbəkənin 48 milyon istifadsəçisi var.

İranda etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

***

İranın qərbi Kürdüstan vilayətinin valisi 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlamış etirazlarda üç nəfərin öldürüldüyünü təsdiqləyib.

İsmayıl Zareykoşa deyib ki, bu ölümlərə görə təhlükəsizlik qüvvələri məsuliyyət daşımır. O, İranın düşmənlərini günahlandırıb, amma buna sübut gətirməyib.

IRNA dövlət xəbər agentliyi yazır ki, Zareykoşa Əmininin ölümünə görə keçirilən nümayişləri “qanunsuz” hesab edir. O, hökumət agentlərinin nümayişləri “dağıdacağını” deyib.

Sentyabrın 20-də “Hengaw” İnsan Haqları Təşkilatı Həcər Abbasi adlı qadının vəfat etdiyini açıqlayıb. O, sentyabrın 18-də Məhabad şəhərində təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində yaralanmışdı.

Yarım milyondan çox evdar qadın işsiz sayılmır?
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

+++

İranda etirazlarda dörd polis yaralanıb, bir ‘köməkçi’ ölüb

İranda etirazlarda dörd polis əməkdaşı yaralanıb, bir “polis köməkçisi” aldığı xəsarətlərdən ölüb. İslami geyim kodeksini pozduğu deyilən 22 yaşlı qadının əxlaq polisi tərəfindən saxlanandan sonra ölməsi ölkədə geniş etirazlara yol açıb.

Məhsa Əmininin ölümü İranda etirazlara, yürüşlərə səbəb olub. İranlıların çoxu, o cümlədən gənclər bu hadisəni ölkədə narazılara divan tutulmasının, əxlaq polisinin gənc qadınlara qarşı getdikcə daha zorakı davranmasının sübutu kimi görür.

Etirazlar böyük şəhərlərə yayılır

Nümayişlərdə bir çox qadın etiraz olaraq baş örtüyünü çıxarır.

Sentyabrın 20-də cənubi Şiraz şəhərində zorakı etirazlarda dörd polis əməkdaşı yaralanıb, bir “polis köməkçisi” aldığı xəsarətlərdən vəfat edib. Xəbəri rəsmi IRNA agentliyi yayıb.

IRNA Şirazda 15 etirazçının saxlandığını xəbər verir.

Şirazdan savayı ötən gecə paytaxt Tehranda və bir sıra digər böyük şəhərlərdə, Məşhəd, Təbriz, Rəşt və İsfahanda da etirazların keçirildiyi xəbər verilir.

Hadisə necə baş verib

Əxlaq polisi Əminini sentyabrın 13-də Tehranda saxlayıb. O, qərbi kürd vilayətindən qohumlarını görməyə gedibmiş. Şahidlər onun saxlanarkən döyüldüyünü deyirlər. Qadın polis məntəqəsində huşunu itirib, üç gün sonra vəfat edib.

Polis Əminini hicabını boş bağladığı üçün saxlayıbmış. İranda qadınların ictimaiyyət arasında başlarını tam örtməsi məcburidir.

Polis Əmini ilə pis rəftar olunmadığını, onun ürək tutmasından öldüyünü deyir. Prezident İbrahim Rəisi məsələnin araşdırılacağını vəd edib. O, sentyabrın 21-də BMT Baş Assambeyasında çıxış edib.

Əmininin atası isə onun sağlıq problemləri olmadığını, ölümə görə polisin məsuliyyət daşıdığını bildirir. O, qızının saxlanarkən qıçından xəsarət aldığını deyib.

“Xarici müdaxilə” ittihamı

Dünən ölkənin aparıcı tibb rəsmisi də Əmininin ölüm fotosuna əsasən onun beyin xəsarətindən ölmə ehtimalını səsləndirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sentyabrın 20-də “xarici müdaxilə mövqeləri”ni pisləyib.

“Təəssüf ki, bəzi ölkələr istintaqı aparılan insidentdən İran hökuməti və xalqına qarşı siyasi məqsədləri və arzuları üçün istifadə edirlər”, – o deyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı vəzifəsini icra edən Nada əl-Naşif sentyabrın 20-də bəyanatında “Məhsa Əmininin polisdə ölümündən… və təhlükəsizlik qüvvələrinin etirazlara zorakı divan tutmasından narahatlıq ifadə edib”.

XS
SM
MD
LG