Çeçenistan başçısı Ramzan Kadırov deyib ki, o respublikada heç bir səfərbərlik keçirməyəcək.
Onun sözlərinə görə Çeçenistan səfərbərlik planını 254 faiz artıqlaması ilə yerinə yetirib.
Kadırovun bu bəyanatı Çeçenistanın dövlət telekanalı ilə sentaybrın 22-də translyasiya olunub.
Kadırov bildirib ki, Ukraynada müharibə dövründə Çeçenistan cəbhəyə 20 min əsgər göndərib və buna görə də onun üzərinə qoyulan səfərbərlik planı 254 faiz artıqlaması ilə yerinə yetirilib.
Çeçenistan lideri bu planın nədən ibarət olduğunu xırdalamayıb.
Daha sonra Kadırov öz Telegram kanalında yazıb ki, bu göstəricilərə Müdafiə Nazirliyinin yeni bölmələrinin yaradılması hesabına nail olunub:
"Biz bu işə hələ xeyli əvvəl, qismən səfərbərliyin elan edilməsindən əvvəl başlamışdıq. Bundan başqa respublikada 1000 könüllüdəın ibarət bölmə var. Onlar istənilən vaxt Vətən müdafiəçilərinin sıralarına qoşula bilərlər”.
Etiraz edən qadınların ərləri cəbhəyə göndərilib
Kadırov habelə sentyabrın 21-də Qroznıda qadınların keçirməyə cəhd etdikləri aksiya məsələsinə də toxunub.
Region başçısının sözlərinə görə aksiya keçirmək istəyən 40 Çeçenistan sakini qadının qohumları artıq Ukraynaya göndərilib.
Kadırov hədələyib ki, mitinqə çıxmaq istəyən hər bir qadının əri və ya uşaqları Ukraynada ön cəbhəyə göndəriləcək.
Bundan əvvəl Çeçenistanın 1ADAT hərəkətının nümayəndəsi İbrahim Yanqulbayev deyib ki, qadınları müəyyən sənədləri imzalamağa məcbur ediblər.
Bu sənədə görə həmin qadınların qohumları könüllü şəkildə cəbhəyə yollandıqlarına dair iltizam imzalayıblar.
Ramzan Kadırov avqustun əvvəllərində demişdi ki, Çeçenistanın 19 min sakini Ukraynada döyüşməyə hazırdır.
Kadırov sentyabrda Rusiya regionlarının rəhbərlərini Kremlin səfərbətrlik əmrini gözləmədən ən azı 1000 könüllünü səfərbər etməyə çağırmışdı.
Kadırovun fikrincə hər bir region başçısı cəbhəyə 1000 könüllü versəydi, Ukraynadakı “xüsusi əməliyyatı” qısa müddətdə həll etmək olardı.
Kadırovla məsləhətləşməyiblər...
Bu arada Ramzan Kadırov habelə Rusiya və Ukrayna aarsında əsir dəyişdirilməsindən narazılığını ifadə edib.
Kadırov narazı olduğnu bildirib ki, əsir dəyişdirilməsinə dair qərar Müdafiə Nazirliyi və FTX tərəfindən onun rəyi soruşulmadan həyata keçirilib.
O sentyabrın 21-də keçirilmiş əsir dəyiş-düyüşü barədə dyib:
"Dünənki dəyiş-düyüşdən çox narazıyam. Hətta bütün vəziyyət mənə tam aydın deyil. Həmişə bütün döyüş və taktiki qərarlar qəbul olunarkən bizimlə, xüsusi əməliyyatın fəal iştirakçıları ilə məsləhətləşirdilər. İndi isə...”
Çeçenistan başçısı əsir dəyişdirilməsi nəticəsində azadlığa buraxılmış Azovstal komandirlərini “faşist” və “terrorçu” adlandırıb.
Kadırov deyib ki, bu əsir dəyişdirilməsi Ukraynanın şərtləri ilə həyata keçirilib.