Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:50

Rusiya-Gürcüstan sərhədində hərbi komissarlıq qurulacaq


Rusiyalılar Yuxarı Larsda
Rusiyalılar Yuxarı Larsda

Rusiyanın Gürcüstan sərhədindəki Yuxarı Lars sərhəd keçid məntəqəsində mobil hərbi komissarlıq qurulacaq. Bu haqda Şimali Osetiya- Alaniya respublikasının Daxili İşlər Nazirliyi (DİN) bildirib. Bundan başqa, Yuxarı Larsda piyada keçidinə imkan veriləcək.

Sərhəddə 20 km uzunluğunda avtomobil tıxacının yarandığı, gözləmə müddətinin 48 saata çatdığı bildirilir. DİN sentyabrın 27-də bildirib ki, Gürcüstanla sərhədi keçmək üçün gözləyən yük maşınları və avtomobillərin sayı 5 min 500-ə çatıb.

Ukraynada ağır döyüşlər gedir

Sentyabrın 27-də Ukraynanın şərqində və şimal-şərqi Xarkov vilayətində Rusiya qüvvələri ilə ağır döyüşlər getdiyi bildirilir. Moskva isə Prezident Vladimir Putinin ötən həftə elan etdiyi qismən səfərbərliyə etiraz aksiyalarını yatırtmağa çalışır.

Prezident Volodimir Zelenski deyib ki, şərqi Donetsk regionu Ukraynanın, eləcə də Rusiyanın əsas strateji prioritetidir. Rusiya qüvvələri cənubda və qərbdə irəliləməyə çalışır və bir neçə şəhərdə döyüşlər gedir.

Zelenski sentyabrın 26-da gecə video müraciətində deyib ki, Donbasda hərbi vəziyyət “xüsusilə ağır”dır.

“Düşmənin qarşısını almaq üçün hər şeyi edirik. Bu indi bizim bir nömrəli məqsədimizdir, çünki Donbas hələ də işğalçılar üçün bir nömrəli məqsəddir”, – Zelenski vurğulayıb.

Zərbələr

Yerli rəsmilər Rusiyanın son bir neçə gündə İran dronları ilə Odessa vilayətinə azı beş hücum həyata keçirdiyini deyirlər.

Rusiya raketləri Ukraynanın mərkəzindəki Krivoy Roqda aeroportu vurub, infrastrukturu dağıdıb, aeroporta yarıtmaz vəziyyətə salıb. Bunu Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko Telegram-da yazıb.

Ukrayna Silahlı Qüvvələri cənub komandanlığının sentyabrın 27-də yaydığı məlumata görə, Xersonda əkshücum əməliyyatı nəticəsində qarşı tərəf 77 hərbçi, altı tank, beş haubitsa, altı təyyarə əleyhinə qurğu və 14 zirehli maşın itirib.

Ancaq bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Xarkov vilayətində də döyüşlər gedir. Ukrayna bu ay həmin ərazidə də əkshücuma başlayıb.

Sərhəd bağlanacaqmı?

Rusiyada ehtiyatda olan 300 min nəfərin səfərbərliyinin elan olunması fevralın sonunda başlanmış işğaldan bəri ilk dəfə davamlı etirazlara səbəb olub.

Etirazlarda 2 min 500 nəfərin saxlandığı bildirilir. Rusiya Ukraynaya qarşı müharibəsinə “xüsusi hərbi əməliyyat” deyir, bununla bağlı hər hansı tənqid qadağan edilib.

Xaricdən işləyən “Meduza” və “Novaya Gazeta Europe” adı çəkilməyən rəsmiləri istinadla kişilərin ölkədən çıxışının yasaqlanacağını yazır. Bu arada qonşu Gürcüstanla sərhəddə iki sutkalıq növbənin yaranması xəbərləri gəlir.

Kremlin sözçüsü Dmitri Peskov indilik, sərhədin bağlanması haqda hər hansı qərarın olmadığını deyib.

Ağ evin sözçüsü Karin Jan-Pier isə deyib ki, Birləşmiş Ştatlar səfərbərlikdən qaçan rusiyalıların sığınacaq üçün müraciətlərini nəzərdən keçirəcək.

XS
SM
MD
LG