Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:53

'Konstitusiyamızın işləmə mexanizmində problemlər var'


Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?

Bu həftə Azərbaycanda bir neçə bayram qeyd olunur. Noyabrın 8-də Azərbaycanda Zəfər, 9-da Dövlət Bayrağı, 12-də isə Konstitusiya günləridir.

Bu həftə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sərbəst toplaşmaq azadlığı ilə bağlı keçirmək istədiyi aksiyanı isə şəhər rəhbərliyi məqsədəuyğun saymadı. Buna səbəb kimi piket keçirmək üçün qeyd olunan ərazinin metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxınlığı göstərildi. Azərbaycan rəsmiləri hesab edirlər ki, hər hansı vətəndaşın sərbəst toplaşmaq istəyi başqa bir vətəndaşın hərəkət və təhlükəsizliyinə maneə yaratmamalıdır.

Şəhər rəhbərliyinin də belə cavabı müxalif düşərgədə narazılıqla qarşılanır. Onlar isə hesab edirlər ki, zəfər qazanan müstəqil ölkədə vətəndaşın da siyasi hüquqları tanınmalıdır.

Əli Kərimli: 'Məqsəd çoxpartiyalı sistemi məhv etməkdir'
Gözlə

No media source currently available

0:00 0:07:49 0:00

"Qalib xalqın prezident seçmək hüququ olar…"

Elə AXCP sədri Əli Kərimli də qalib xalqın hüquqları ilə bağlı bir status paylaşıb:

" - Qalib xalqın qaziləri çarəsizlikdən intihar etməz;

- Qalib xalqın uşaqları dövlət qayğısından kənarda, ac-yalavac böyüməz;

- Qalib xalqın mübariz övladları siyasi məhbus kimi məhbəslərdə çürüdülməz;

- Qalib xalqın özünə parlament, prezident seçmək hüququ olar…".

E.Nəsirov
E.Nəsirov

"Çalışırlar ki, bu bayramların miqyasını kiçiltsinlər"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, qalib dövlətə belə bayramları keçirmək çox yaraşır: "Torpaqlarımız 30 il işğalda olarkən biz bayramları qeyd edirdik, Bayraq Gününü qeyd edirdik, ancaq ürəyimizdə hiss var idi ki, bayrağımız işğal altında olan ərazilərdə hələ də dalğalanmır. Amma eyni zamanda inam var idi ki, bu, mütləq olacaq, çünki ölkə prezidenti cənab İlham Əliyev hamıdan çox inanırdı ki, torpaqlarımız işğal altında qalmayacaq".

Deputat vurğulayıb ki, artıq iki ildir Azərbaycan bayramları qalib dövlət kimi qeyd edir. Lakin, onun sözlərinə görə, elə şəxslər tapılır ki, bütün bunlara kölgə salmaq istəyir: "Çalışırlar ki, bu bayramların miqyasını kiçiltsinlər. Yenə də insan hüquq və azadlıqlarını sınanmış bir üsul kimi qabardıb elə təqdim edirlər ki, guya, qalib dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ciddi problemlər var".

Bakıda etiraz aksiyaları keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

"Çünki sosial bazaları yoxdur"

Komitə üzvünün fikrincə, Azərbaycan hüquqi, dünyavi və demokratik inkişaf yolunu seçmiş dövlətdir. Qeyd edir ki, ölkə əhalisinin 80 faizindən çoxu sosial şəbəkələrin istifadəçidirsə, burada söz və ifadə azadlığının olmamasından danışmaq mümkün deyil: "Həmin şəxslər istənilən fikrini yaza bilir, bir hissəsi isə hətta kimisə təhqir edir, nüfuzuna xələl gətirir və buna görə cəza almır".

E.Nəsirovun sözlərinə görə, hakimiyyəti ittiham edirlər ki, guya, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb: "Qətiyyən belə bir şey yoxdur. İstənilən gün, istənilən saat müxalifət təmsilçiləri Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunda ayrılmış stadionda öz mitinqlərini keçirə bilər. Şəhərin mərkəzindən bu stadiona qədər məsafə çox qısadır, yollar da çox gözəldir. Amma onlar mitinqləri Qaradağda keçirmək istəmirlər, çünki o mitinqlərə heç kim getmir, sosial bazaları yoxdur".

Amma müxalif düşərgədə də tez-tez vurğulayırlar ki, ölkədə sərbəst toplaşmaq azadlığı yoxdursa, demokratik seçkilər keçirilmirsə, sosial bazaları qiymətləndirmək yanlış nəticələrə yol açır.

B.Süleymanlı
B.Süleymanlı

"Ölkədə siyasi məhbuslar var"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı problemlər mövcuddur: "Vətəndaşların həm Konstitusiyada, həm digər qanunvericilikdə nəzərdə tutulan, həm də beynəlxalq aktlarla qorunan hüquqlarının müdafiəsində problemlər qalmaqdadır".

Ekspertin sözlərinə görə, əsas siyasi azadlıqlarla bağlı problemlərdir: "Ölkədə siyasi məhbuslar var və yenə də insanlar siyasi baxışlarına görə təqib olunur, hətta ifadə azadlığına görə təqiblər var. Sosial şəbəkələrdə özünü ifadə edən şəxslər zaman-zaman təhdidə, təzyiqə məruz qalırlar".

Lakin, o hesab edir ki, bayramlarla bu problemlər arasında paralel aparmaq olmur: "Bayraq Gününün qeyd olunması bizim Cümhuriyyət dövründə ilk bayrağımızın qaldırılması ilə bağlıdır. Zəfər Günü isə torpaqlarımızın işğaldan azad olunması ilə bağlıdır. Konstitusiyamız da bir çox beynəlxalq normalara cavab verir. Ancaq Konstitusiyamızın işləmə mexanizmində problemlər var. Amma bayramların qeyd edilməsi ilə insan hüquqlarının pozulması arasında paralellik aparmaq düzgün deyil".

XS
SM
MD
LG