Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Ukraynada Yekaterina, Suvorov və başqa heykəlləri sökürlər


Odessada II Yekaterinanın heykəli. Fəallar heykəlin əlindən cəllad ilgəyi asıblar (Arxiv fotosu)
Odessada II Yekaterinanın heykəli. Fəallar heykəlin əlindən cəllad ilgəyi asıblar (Arxiv fotosu)

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlandığı vaxtdan ölkənin bir sıra şəhərlərində Rusiya imperiyasının və ya Sovet İttifaqının görkəmli şəxsiyyətlərinə qoyulmuş abidələri sökürlər

Ukraynanın Xmelnitski vilayətinin Şepetovka şəhərində sovet yazıçısı Nikolay Ostrovskinin abidəsini söküblər.

Abidə 1966-cı ildə yerli muzeyin qarşısında, elə Ostrovskinin adını daşıyan meydanda ucaldılmışdı.

Yazıçı Şepetovkada doğulub və burada yaşadığı gənclik illərindən ilhamlanaraq ona Sovet İttifaqında şöhrət gətirmiş “Polad necə bərkidi” romanını yazıb.

Bu romanda söhbət əsərin qəhrəmanı Pavel Korçaginin Ukraynanın müstəqilliyinə tərəfdar olanlarla mübarizəsindən gedir.

Vilayət administrasiyasının başçısı Sergey Qamalinin dediyinə görə abidənin sökülməsi barədə qərarı şəhər bələdiyyəsi qəbul edib.

O deyib ki, keçmişi xatırlamaq zəruridir, amma eyni zamanda kommunist epoxasının abidələrindən izal olmaq lazımdır.

Bundan başqa Odessa vilayətinin İzmail şəhərində Rusiya sərkərdəsi Aleksandr Suvorovun abidəsinin demontaj işləri başlanıb.

İzmail şəhərində Suvorov özünün ən məşhur qələbələrindən birini qazanıb və o bu döyüşdə şəhəri türklərdən alıb.

Xəbər verilir ki, abidəni yerli su təsərrüfatı idarəsinin həyətinə köçürəcəklər. Bundan əvvəl Leninin sökülmüş heykəli də bura gətirilib.

Rusiya imperiyasının və sovet keçmişinin abidələri

Bu ilin fevralında Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsinin başlandığı vaxtdan ölkənin bir sıra şəhərlərində Rusiya imperiyasının və ya Sovet İttifaqının görkəmli şəxsiyyətlərinə qoyulmuş abidələri sökürlər.

Məsələn Ukraynanın bir çox şəhərlərində Aleksandr Puşkinin heykəlləri sökülüb.

Ermənistanda analar əsirlikdən dönmüş oğullarının hərbi xidmətə qayıtmasını istəmirlər
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Odessa şəhərində yerli hakimiyyət orqanları II Yekaterina və Suvorovun heykəllərinin sökülməsinə dair qərar çıxarıb.

Lakin Rusiya qoşunları Xerson şəhərindən geri çəkilməzdən əvvəl burada knyaz Qriqori Potyomkinə və admiral Uşakova qoyulmuş abidələri rusların özləri demontaj edərək aparıblar.

XS
SM
MD
LG