Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:33

Qarabağdakı 'deputatlar': Laçın dəhlizinə skaner qoyulmasına imkan verməyəcəyik


Andrey Volkov
Andrey Volkov

Qarabağdakı separatçı rejimin ‘parlament’ində beş fraksiyanın rəhbərləri dekabrın 7-də regiona müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovla görüşüblər. Onlar Laçın dəhlizində rentgen-skaner qurulmasının qəbuledilməz olduğunu vurğulayıb, buna getməməyi tələb ediblər. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun “Ədalət” müxalifət fraksiyasının başçısı David Qalstyana istinadla yazır.

Ötən həftə Volkov Gorus-Xankəndi yolunda azərbaycanlı jurnalistlərə deyib ki, Qarabağı Ermənistanla birləşdirən yolda xüsusi avadanlıqla təchiz edilmiş mini-gömrük postu qurulacaq. Onun sözlərinə görə, belə bir razılaşma Rusiya və Azərbaycan arasında danışıqlar nəticəsində əldə olunub.

Volkov guya sözlərinin kontekstdən çıxarıldığını deyib

Qalstayın sözlərinə görə, qarabağlı “deputatlarla” görüşdə Volkov deyib ki, onun sözləri kontekstdən çıxarılıb, qarışıqlıq yaranıb. Volkov bildirib ki, Azərbaycan bu yoldan keçən yük maşınlarını yoxlamağı tələb edib, onlarla silah-sursat daşındığını bildirib, o da skaner haqda danışıb. “Deputatlar” istənilən halda belə bir aparatın qoyulmasına qarşı çıxıblar.

Qalstyan etirazlarını belə izah edir: “Təhlükə yoxdur, bu, gündəlik həyatımıza əlavə əngəldir”.

Bugünkü görüşdən sonra sülhməramlıların belə bir yoxlanışın razılaşmayacağına gəlincə, Qalstyan deyib: “Buna əminəm. Onu əmin etdik ki, Artsaxda (Qarabağ) belə addımlara yol verməyəcəyik, gəlin detallara varmayaq”.

Həftəsonu baş verənlər

Dekabrın 3-də Bakı “işğal altında olan ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı və ətraf mühitə dəyən ziyanın monitorinqi” ilə bağlı əraziyə mütəxəssislər qrupu göndərib. Həmin gün Gorus-Xankəndi yolunun bir neçə saat bağlı qaldığı bildirilir.

Azərbaycan rəsmiləri bundan əvvəl bildiriblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərinə hərbi texnika daşınır, bununla bağlı Ermənistana xəbərdarlıq da edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycan hakimiyyətini Laçın dəhlizini bağlayaraq Qarabağdakı erməniləri mühasirəyə almaq cəhdində suçlayıb.

Bakı bu ittihamı rədd edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib.

XS
SM
MD
LG