Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:02

Ermənistan müxalifəti Laçın dəhlizinə görə iqtidarı ittiham edir


Ermənistan Milli Məclisi dekabrın 20-də övbədənkənar sessiya keçirib
Ermənistan Milli Məclisi dekabrın 20-də övbədənkənar sessiya keçirib

“Baş nazir Nikol Paşinyanın hökuməti Qarabağın 120 minlik əhalisini Azərbaycanın blokadasından çıxarmaq üçün nə edir?”

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Milli Məclisinin dekabrın 20-də keçirilən növbədənkənar sessiyasında keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından olan deputatlar Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana belə bir sualla müraciət ediblər.

Qriqoryan cavabında bildirib ki, 9 noyabr üçtərəfli bəyanatına görə Laçın dəhlizində təhlükəsizliyi Rusiya Federasiyası təmin etməlidir.

“Bəs Ermənistan hökuməti heç bir tədbir görməməlidirmi və hakimiyyət Azərbaycanın nə tələb etdiyini bilirmi” sualına cavab verərkən Qriqoryan deyib ki, “Laçlın dəhlizi Qarabağda etnik təmizləmənin həyata keçirilməsi üçün bağlanıb”, amma Ermənistan rəsmiləri ixtiyarlarında olan alətlərlə işləyirlər:

“Laçın dəhlizi üçün məsuliyyət Rusiya Federasiyasına verilib və mən müxalifətin suallarını bu istiqamətə yönəltməsini istərdim”.

9 noyabr bəyanatı

Hayastan fraksiyasından deputat Artsvik Minasyan deyib:

“Bəli biz sülhməramlı qüvvələri dəstəkləyirik. Onlar buğun Artsaxın (Qarabağ-red) təhlükəsizliyini az-çox təmin edən yeganə qüvvədir. Amma biz həm də Rusiya Federasiyasını bütün lazımi addımları atmağa çağırmışıq. Siz bunu niyə demirsiniz?”

Parlamentin iqtidardan olan virse-spikeri Ruben Rubinyan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatından ayrı-ayrı hissələri oxuyub və müxalifətə izah etməyə çalışıb ki, Laçın yolu Qarabağ və ya Ermənistanın yox, Rusiyanın nəzarətindədir.

O xatırladıb ki, Azərbaycansa bu bəyanata müvafiq şəkildə bu yolda təhlükə yaratmamaq barədə öhdəlik götürüb:

“Amma gəlin deməyək ki, bir nömrəli məsuliyyət daşıyan hakimiyyətdir və ya hakimiyyət məsuliyyətini başqalarının üstünə atmağa çalışır. Ya da Serj Sarkisyan deməsin ki, “bizə sülhməramlıların nə etməli olduqlarını deyin”. Mən onların nə etməli odluqlarını bilirəm. 9 noyabr bəyantının 6-cı bəndində onların nə etməli olduqları yazılıb. Onlar Laçın dəhlizinə tamamilə nəzarət etməldirilər”.

Xankəndidə qıtlıq və bahalaşma müşahidə olunur
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Paşinyan “türk” adlandırılmasdından incimədiyini deyib

Müxalifətçi Artsvik Minasyan isə deyib:

“Sizin hakimiyyətiniz Laçın dəhlizinə alternativ yolu istifadəyə verib. Sizin hakimiyyətiniz Artsaxın (Qarabağ-red) qarantı olmaq öhdəliyi götürüb. İndi isə gəlib deyisiniz: “gedin ruslardan tələb edin”. Halbuki ilk növbədə məsuliyyəti siz daşıyırsınız”.

Azatutyun yazır ki, müxalifətin ittihamları adətən təmkinli olan iqtidaryönlü deputat Vladimir Vardanyanı da özündən çıxarıb:

“Mən bütün pasportlarımın surətini çıxarıb göstərərəm və siz də görərsiniz ki, həyatım boyu ayağım Türkiyə torpağına dəyməyib”.

Ermənistan müxalifəti iqtidarı tez-tez “türklərə işləməkdə” ittiham edir.

Baş nazir Paşinyan son çıxışlarından birində demişdi ki, kiminsə onu “türk” adlandırması xətrinə dəymir.

Xankəndidə benzin növbələri yaranıb
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Xatırlatma

Dekabrın 12-dən özlərini ekoloji fəallar adlandıran bir qrup azərbaycanlı Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində aksiya keçirir.

Erməni tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar və humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarına giriş verilməsini tələb edirdilər.

Bakı separatçıları və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

Azərbaycanlı frankofonlar: "Biz Makronu yox, Fransanı sevirik"
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG