Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:26

Mixeil Saakaşvilini zəhərləyiblərmi?


Mixeil Saakaşvili məhkəməyə videobağlantı ilə qoşulmuşdu
Mixeil Saakaşvili məhkəməyə videobağlantı ilə qoşulmuşdu

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin orqanizmində ağır metalların izləri tapılıb.

Bunu dekabrın 29-da Tbilisidə keçirilən məhkəmə iclasında amerikalı toksikoloq və narkoloq Devid Smit (David Smith) deyib.

Saakaşvilidən, o cümlədən ABŞ həkimləri tərəfindən götürülmüş analizlərin nəticəsini məhz Smit yekunlaşdırıb.

AzadlıqRadiosunun CurrentTimes telekanalı Smitin hesabatının bir surətinin də onda olduğunu yazıb.

Mixeil Saakaşvili 2021-ci ilin 29 sentyabrında məxfi şəkildə mühacirətdən Gürcüstana qayıdıb və dərhal də həbs olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

O hazırda səlahiyyətlərin aşılması ittihamı ilə məhkumluğunu çəkir.

Saç və dırnaqlarda

Ona qarşı Gürcüstanda açılmış daha iki cinayət işi var. Bunlardan biri müxalifət mitinqinin zorakılıqla dağıdılması, digəri isə 2007-ci ildə “İmedi” telekanalının zorla ələ keçirilməsidir.

Saakaşvili habelə dövlət vəsaitlərinin böyük məbləğlərdə israfçılığında və dövlət sərhədinin qanunsuz keçidində ittiham olunur.

Doktor Smit məhkəmədə deyib ki, həbsxanaya salındıqdan sonra Saakaşvilidən götürülmüş saç və dırnaq nümunələrində civə, mərgümüş və barium kimi ağır metalların izləri aşkar olunub.

Amerikalı həkim əlavə edib ki, bu kimyəvi elementlər Saakaşvilinin həbsxanada və ya 7 ay əvvəl köçürüldüyü klinikada qəbul etdiyi dərmanların tərkibində ola bilməzdi.

Mütəxəssislər deyir ki, Saakaşvili xaricdə müalicə olunmasa ölə bilər
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Amerikalı həkim dəqiq diaqnoz deyə bilmir

Bununla belə Smit qeyd edib ki, yalnız laboratoriya testlərinin nəticələri Saakaşvilinin zəhərlənməsi barədə dəqiq diaqnoz qoyulmasına imkan vermir.

Həkimin sözlərinə görə bunu etmək üçün laboratoriya tədqiqatlarının nəticələri xəstənin hazırkı patoloji simptomları ilə tutuşdurulmalıdır.

Zəhərli maddələrin Saakaşvilinin orqanizminə necə düşdüyü də hələki aydın deyil.

Buna baxmayaraq hesabatda deyilir ki, keçmiş prezidenti DST-nin və ABŞ Federal Dərmanlar Agentliyinin təsdiq etmədiyi preparatlarla müalicə ediblər.

Doktorun sözlərinə görə söhbət daha bir adı Phenibut olan Noofen və Neiromidin preparatlarından gedir.

Toksikoloji analizin nəticələrində deyilir ki, Phenibut narkotik dərman sayılır, asılılıq yaradır və pasientin həyatını hətta ölüm təhlükəsi qarşısında qoyur.

“Mümkün zəhərlənmə nə deməkdir?”

Saakaşvilinin doğmaları, yaxınları və tərəfdarları artıq bir neçə aydır ki, siyasətçinin həbsxanada zəhərləndiyini iddia edirlər.

Noyabr ayında vəkili Şalva Xaçapuridze demişdi ki, Saakaşvilinin orqanizmində mərgümüş aşkar olunub.

Saakaşvilidəki qəribə simptomlar barədə onun Vahid Milli Hərəkat partiyasının fraksiya rəhbəri Xatiya Dekanoidze də məlumat vermişdi.

O siyasətçiyə klinikada baş çəkmiş və onun iki aydır ki, hərarətinin 39 dərəcədən düşmədiyini demişdi.

Xanım Dekanoidze əlavə etmişdi ki, Saakaşvili çox çəki itirib və müstəqil olaraq ayaq üstdə dayana bilmir.

Saakaşvili bu yaxınlarda məhkəmə dinləməsinə xəstəxanadan video ilə bağlanmışdı və onun görkəmi Gürcüstanda bir çoxlarını dəhşətə gətirmişdi.

Mixail Saakaşvilinin anası Giuli Alasaniya isə demişdi:

"Söhbət “mümkün” zəhərlənmədən getmir. Bu zəhərlənməni Kaliforniya laboratoriyası, tanınmış toksikoloq təsdiq edib. “Mümkün zəhərlənmə” nə deməkdir?”

Lakin Gürcüstan Penitensiar Xidmətinin Tibb Departamentindən bildiriblər ki, Saakaşvilinin orqanizmində zəhərli maddələr tapılmayıb. Qurum təkrar ekspertiza keçirə biləcəyini bəyan edib.

“Mişa 9 il bu ölkənin prezidenti olub...”

Buna baxmayaraq Gürcüstan hökuməti Saakaşvilinin səhhətinin ağır olmasını qəbul etmir.

Hakim Gürcü Arzusu partiyasının rəsmiləri iddia edirlər ki, keçmiş prezident həbsxanadan azad olunmaq üçün öz səhhətinə bilərəkdən ziyan vurur və özünü xəstəliyə qoyur.

Gürcüstandakı Empatiya mərkəzinin müstəqil həkimlərindən ibarət qrup Saakaşvili həbsxanadan klinikaya köçürüldükdən sonra ona 20-dək diaqnoz qoyub, lakin bu nəticələr hələki açıqlanmayıb.

Xristianlığı qəbul etmiş azərbaycanlılar Miladı belə qeyd edirlər
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Vəkilləri və ailəsi israr edirlər ki, Saakaşvilini təcili olaraq müalicə üçün xaricə aparmaq lazımdır.

Gürcüstan məhkəməsi bunun mümkünlüyü məsələsinə yanvar ayında baxmalıdır.

Keçmiş prezidentin qardaşı Georgi Saakaşvili deyib:

"Mişa 9 il müddətində Gürcüstanın prezidenti, onun siması olub. Onun bu cür Vivamedi klinikasında ölməsi doğrudan da rüsvayçılqdır. Aydındır ki, mən üzümü hər bir ailəyə tutub demək istəyirəm: “Bəli ola bilsin nə vaxtsa o da müəyyən səhvlər buraxıb, amma bir-birimizə belə münasibətə birdəfəlik və həmişəlik son qoymalıyıq! Bizim bir ölkəmiz var. Biz birləşməli və hamıya göstərməliyik ki, nümunəvi ölkəyik!”

XS
SM
MD
LG