Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:29

Amerikalı həkim : ‘Saakaşvilinin xəstəlikləri təhlükəlidir’


Amerikalı nevroloq Tbilisidə keçirilən məhkəmə dinləməsinə videobağlantısında keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin “ciddi xəstə” olduğunu bildirib.

O deyib ki, Saakaşvili peşəkar həkimlər tərəfindən müalicə olunmalııdır.

Nevroloq Şahin Laxani (Shaheen Lakhani) dekabrın 8-da Saakaşvilinin onun cəzasının təxirə salınmasına dair vəsatətinə baxan məhkəmə dinləməsinə deyib ki, keçmiş prezident bir sıra xəstəliklərdən əzab çəkir, amma bunların ən təhlükəliləri demensiya və əzələ tutulmalarıdır.

Kaliforniyalı Laxani habelə Saakaşviliyə periferik sinir sisteminin zədələnməsi, boyun fəqərəsı disklərinin yırtığı, post-travmatik stress pozuntusu və dərmanlardan ifrat istifadə diaqnozları qoyub.

Bu dinləmədə Saakaşvilinin özü iştirak etmirdi. Bəzi xəbərlərə görə Saakaşvilinin hazırda olduğu Vivamedi klinikası onun səhhəti ilə bağlı Tbilisi Şəhər Məhkəməsinə aparılmasına icazə verməyib.

Bu da xəbər verilir ki, dinləmənin keçirildiyi vaxt Saakaşvilinin onlarla tərəfdarı məhkəmə binasının qarşısında etiraz aksiyası keçirərək onun müalicə üçün Qərb klinikalarından birinə köçürülməsini tələb edirdilər.

Zəhərlənmə iddiası

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhruim edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

Saakaşvilinin müalicə həkimləri bildiriblər ki, 2021-ci ilin oktyabrında həbsxanaya salınandan bəri onun səhhəti kəskin pisləşib.

Dekabrın əvvəllərində Saakaşvilinin vəkilləri onun səhhəti barədə tibbi arayış yaymışdılar.

Bu arayışda keçmiş prezidentin ağır metallarla “zəhərləndiyi” iddia olunur və onun xaricdə müalicə edilməzsə ölə biləcəyinə dair xəbərdarlıq edilirdi.

Lakin Gürcüstan rəsmiləri onun öz səhhətinə bilərəkdən ziyan vurduğunu və azad olunmaq məqsədilə özünü xəstəliyə qoyduğunu deyirlər.

Hazırda Saakaşvilinin başqa iki ittiham üzrə məhkəməsi davam edir.

Bu ittihamlardan biri onun 2007-ci ilin noyabrında antihökumət mitinqinin dağıdılmasına əmr verməsi və digəri isə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

XS
SM
MD
LG