Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:32

Zelenskini yuxuda görməyə görə cərimə


GENERIC -- Odnoklassniki, social media
GENERIC -- Odnoklassniki, social media

Rusiyada Çita vilayətinin sakini Nelli Losevanı Odnoklassniki sosial şəbəkəsində Rusiya səfərbərlərinin Ukraynada həlak olması barədə posta “like” qoymasına görə 30 min rubl (435 dollar) cərimə ediblər.

AzadlıqRadiosu bildirir ki, Losevaya qarşı ordunun gözdən salınması ittihamı irəli sürülmüşdü.

Losevanın altında “like” qoyduğu fotolardan birinin şərhində “Rusiya səfərbərlərinin getdikcə daha çox sayda həlak olması, onların vətənə xidmət etməməsi, Rusiyanın qonşu ölkəyə basqın etməsi, adamların əbəs yerə ölməsi” barədə yazılmışdı.

Çita polisi Loseva barədə protokolu ötən dekabrda tərtib edib. Polis şöbəsində ona materialların şəklini çəkmək üçün icazə verməyiblər.

Polisdə Losevaya qarşı habelə “mənim səhifəmə baxanlar üçün: Putin - ***** (söyüş), Krım Ukraynadır, Rusiya Ukrayna ilə müharibə aparır” yazılmış postu bəyəndiyinə görə ittiham irəli sürülüb.

Çita rayon məhkəməsi bu işə fevralın 1-də baxacaq.

“Yuxuda görürəm ki, Zelenski...”

Ötən ilin dekabrında Çita məhkəməsi Nelli Losevanın oğlu İvan Losevi də 30 min rubl cərimə edib.

O da “Rusiya ordusunun gözdən salınmasında” ittiham olunurdu. İvan öz səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskini yuxuda görməsindən yazırdı:

"Bugün yuxuda gördüm ki, məni səfərbərliyə alıblar, hansısa hazırlıq düşərgəsinə gətiriblər. Elə o anda Zelenskinin başçılığı ilə Ukrayna ordusu düşərgəyə basqın etdi, hamının qollarını bağladılar və güllələməyə hazırlaşdılar. Elə bu vaxt Zelenski mənim yanımdan keçirdi. Mənə baxdı və dedi: “Oooo, İnstada sənin postlarını oxumuşam. Ukraynaya eşq olsun!” Mən də cavab verdim: “Qəhrəmanlara eşq olsun!”. Zelenski sevincək əlini kürəyimə vurub dedi: “Bunu buraxın, qalanları güllələnsin”. Sonra görürəm ki, onunla masanın arxasında oturmuşuq. Mən soruşuram: “Olar sizinlə şelfi çəkim?”. Zelenski deyir: “Olar”.

Ermənistanlı miqrantlar Rusiyada iş tapa bilmədiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan sonra Vladimir Putin feyklər və ordunun gözdən salınması ilə bağlı yeni qanun imzalayıb.

Bu qanunla Ukraynada müharibəyə qarşı çıxanları ittiham etmək mümkündür.

XS
SM
MD
LG