Avqustun 3-də, Gürcüstanın Şovi kurort qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17-ə çatıb.
Bu barədə, avqustun 6-da ölkənin rəsmi orqanları məlumat yayıb.
Təbii bölgəsində torpaq altında qalan 18 nəfərin axtarışları davam edir.
Şovidə baş verən təbii fəlakət qəsəbədə yerləşən istirahət mərkəzləri, yollar, körpülər və çox sayda infrastrukturun dağılması ilə nəticələnib.
Gürcüstan prezidenti Salome Zurabişvili torpaq sürüşməsi nəticəsində ölənlərin yaxınlarına zəng edərək başsağlığı verib. Gürcüstan prezidenti bütün xalqı, "böyük fəlakət"-dən zərər görən insanlar ətrafında birləşməyə və çətin dövründə onlara dəstək olmağa çağırıb.
Gürcüstan ordusunun da axtarış-xilas etmə prosesində iştirak etdiyi açıqlanıb. Rəsmi məlumata görə, torpaq sürüşməsinin baş verdiyi ərazidən təxliyə edilənlərin sayı 200-ə çatıb.