Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:29

Türkiyəyə qanunsuz miqrant gətirməkdə şübhəli bilinən 39 nəfər saxlanıb


Türkiyə polisi tərəfindən saxlanmış bir qrup əfqan miqrant (Arxiv fotosu)
Türkiyə polisi tərəfindən saxlanmış bir qrup əfqan miqrant (Arxiv fotosu)

Türkiyədə ölkəyə qanunsuz miqrantların gətirilməsinin təşkilində şübhəli bilinən 39 nəfər saxlanıb.

Media xəbərlərində deyilir ki, ölkə boyunca xaricilər üzərinə reydlər keçirilir.

Bu barədə məlumat verən daxili işlər naziri Ali Yerlikay deyib ki, 26 nəfər həbs edilib, 13 nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Nazirin sözlərinə görə əməliyyatlar Antalya, Muğla, İzmir və Balıkesir vilayətlərində keçirilib.

AzadlıqRadiosu yazır ki, Türkiyədə qanunsuz miqrantların aşkarlanması üzrə reydlərin keçirilməsinə seçkilərdən sonra başlanıb və bu proses hələ də davam edir.

Yerli media yazır ki, İstanbulda qanunsuz miqrantların aşkarlanması üçün reydlər hər gün keçirilir.

Polis təkcə paytaxt Ankarada bir gündə yüzədək miqrantı saxlayıb. Saxlananların arasında Mərkəzi Asiya respublikalarından olanlar da var.

Qanunsuz miqrantların “ovlanması”

Ali Yerlikay deyib ki, qanunsuz miqrantların aşkarlanması nazirliyin prioritet işlərindən biridir.

Onun sözlərinə görə son iki ay ərzində Türkiyədə qanunsuz miqrantların “ovlanması” məqsədilə 2548 əməliyyat keçirilib.

Bu reydlər zamanı 35 min nəfərin saxlandığı deyilir. Bunlardan 17 mini artıq ölkədən deportasiya edilib.

AzadlıqRadiosu Özbək xidmətinin məlumatına görə son həftələrdə keçirilən reydlərdə Özbəkistan vətəndaşları da saxlanılıb.

Ozodlik sosial media şəbəkələrindəki postlara istinadla yazır ki, iş üçün Türkiyəyə gedən və daha sonra yoxa çıxan özbəkistanlıların sayı artıb.

Bu həm də onunla bağlıdır saxlanmış miqrantları deportasiya düşərgələrinə salmazdan əvvəl onların mobil telefonlarını əllərindən alırlar.

Ailəsini yaşatmaq üçün tullantı yığan qadının hekayəsi: 'Çörəkpulumuza görə dözürük'
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Axtarışa verilənlər

Jurnalistlər bildirirlər ki, reydlər əsasən İstanbulun Aksaray, Laleli və Kumkapı rayonlarında keçirilir.

Onların sözlərinə görə Mərkəzi Asiyadan olan miqrantlar əsasən trikotaj sexləri olan rayonlarda aşkarlanır.

Özbəkistandan olan və Kumkapıda ayaqqabı satan özbək qadın AzadlıqRadiosu müxbirlərinə deyib:

"İndi polislər əsasən mülki geyimdə gəzirlər. Onlar “kimliyi” olmayan şəxsləri saxlayıb Yenikapı metrosunun yanındakı avtobuslara doldururlar. Sonra onları yığıb aparırlar. Polis təkcə qanunsuz miqrantları deyil, həm də üstündə sənədləri olmayan türkiyəliləri saxlayır”.

Fərqanədən olan jurnalist Şarifa Murod bildirib ki, qohumları Uçkupri rayonunun sakini 40 yaşlı Dilrabo Şokkulovanı axtarışa veriblər.

Qohumlarının dediyinə görə Şokkulova bu il, iyunun 17-də Türkiyənin Konya şəhərinə gedib və 27 iyuldan bəri ailəsi ilə əlaqə saxlamayıb.

Ötən həftə Özbəkistanın İstanbuldakı Baş Konsulluğu Cizak rayonunun sakini Qulmira Ernazarovanı axtarışa vermişdi.

“Özbəklər Türkiyədə” adlı teleqram kanalı xəbər verir ki, bu, avqustun əvvəllərindən bəri qohumları tərəfindən Türkiyədə axtarışa verilmiş yeddinci Özbəkistan vətəndaşıdır.

XS
SM
MD
LG