Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:39

Sülh mükafatı laureatı Muratov "xarici agent" elan edilib


Dmitri Muratov
Dmitri Muratov

Rusiya höküməti jurnalist və 2021-ci il Nobel Sülh mükafatı laureatı Dmitri Muratovu "xarici agent" siyahısına əlavə edib.

Rusiya Ədliyyə Nazirliyinin sentyabrın 1-də yaydığı məlumata görə, Dmitri Muratov “Rusiya Federasiyasının xarici və daxili siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədi daşıyan fikirləri yaymaq üçün xarici platformalardan istifadə edib”.

Qeyd edək ki, "xarici agent" elan edilən 61 yaşlı Dmitri Muratov 2021-ci ildə Sülh mükafatına layiq görülən jurnalistlərdən biridir. Rusiyalı jurnalistə bu mükafat “demokratiya və sülhün vacib şərti kimi fikir azadlığının qorunması cəhdləri”nə görə verilib. O, eyni zamanda “Novaya qazeta”nın baş redaktorudur.

Ədliyyə Nazirliyinin senyabrın 1-də açıqladığı bu siyahıya jurnalist Dmitri Muratovla yanaşı müxalif siyasətçi Maksim Reznik, komediyaçı Ruslan Belı və daha 6 jurnalist, siyasətçi və yazıçı "xarici agent" siyahısına əlavə olunub.


"Xarici agent" qanunu

Rusiyada xarici agentlər haqqında qanun 2012-ci ildə, Putin prezident kürsüsünə qayıtdıqdan sonra qəbul edilib.

Bu qanun hakimiyyət orqanlarına xaricdən vəsait alan və hakimiyyətin firkincə siyasi iş aparan istənilən qeyri-kommersiya təşkilatına xarici agent statusu vermək səlahiyyəti verir.

Belə fəaliyyətin konkret kriteriyaları qanunda göstərilməyib və hakimiyyət bu səbəbdən istənilən fərd və ya vahidi xarici agent elan edə bilir.

XS
SM
MD
LG