Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:56

Azərbaycan kürünü baha satıb, ucuz alır...


'Nərə balığını axırıncı dəfə sovet vaxtı yemişik'
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

'Nərə balığını axırıncı dəfə sovet vaxtı yemişik' (2021)

Rəsmi açıqlamaya görə, 2023-cü ilin doqquz ayında Azərbaycanda nərə balıqlarının kürüsünün sənaye istehsalı 414 kq olub.

Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, bu ilin səkkiz ayında Azərbaycan xaricə təxminən 400 kq nərə balığı kürüsü ixrac edərək 345 min 270 ABŞ dolları gəlir götürüb. (863 dollar/kq) Məhsul Rusiya (170 kq), ABŞ (120 kq), BƏƏ (50 kq) və Sinqapur (20 kq) şirkətlərinə satılıb.

2022-ci ildə isə Azərbaycanda 915 kq qara kürü istehsal edilib ki, bunun da 430 kq-ı xaricə göndərilib.

Azərbaycan ixracla yanaşı, qara kürü də idxal edib. Xaricdən Azərbaycana 2022-ci ildə 1 milyon 759 min 100 dollarlıq 5 min 740 kq qara kürü gətirilib. (306 dollar/kq)

Azərbaycana qara kürünün 99 faizi (5.7 ton) Çindən idxal olunub. 30 kiloqram qara kürü isə ABŞ-dan gətirilib.

Qiymətlər fərqlidir

Dünyada qara kürünün qiyməti fərqlidir. Məsələn, Almaniyanın Meklenburq şəhərindəki fermada istehsal olunan kürünün kiloqramı, növündən asılı olaraq, 800-1300 avro arasında dəyişir. Fransada isə 1300-1600 avrodur.

Balıqçı: 'Kürdə balıq azalıb, heç nə tuta bilmirəm'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Nərə balığının azalmasının səbəbləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Turan"a bildirilib ki, Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb: "90-cı illərdə brakonyerlik nəticəsində bu balıqlar həddindən artıq ovlanıb. Digər tərəfdən, kürütökülən əksər çaylarda və hər şeydən əvvəl Kür çayında bəndlər salınıb. Xəzər dənizi də çirkləndirilib".

Vurğulanıb ki, balıq ehtiyatlarının azalması yalnız Azərbaycan deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır: "Xəzərin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizdə ümumi ehtiyatların 12-15 faizini təşkil edir".

Zavod: Nərə daxili, kürü isə xarici bazar üçündür

1954-cü ildə Azərbaycanda nərəkimilərin yetişdirilməsi üzrə zavodun bazasında yaradılan "Azerbaijan Fish Farm" şirkətindən "Turan"a deyilib ki, ölkədə qara kürü çökə, nərə, uzunburun və bölgə (beluqa) kimi balıqlardan alınır: "Zavodumuzda ildə 200 tona yaxın nərə balığı əti və 10 ton qara kürü istehsalı nəzərdə tutulub. Zavodumuzun qapalı su çevrəsi və açıq nohurlar var. Su çevrələrində balıqlar yetişdirilir və balıqlar müəyyən çəkiyə çatdıqdan sonra nohurlara köçürülür. Çökədən 7 min ədəd, nərədən 8 min ədəd körpə balığı yetişdiririk və təbii su hövzələrə buraxırıq".

Qeyd olunub ki, nərə balıqlarının əti daxili bazarlar, qara kürü isə ixrac üçün nəzərdə tutulub.

Azərbaycanda balıq bahalaşa bilər: Süni göllər qurudulur
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

"Azərbaycan balığı ən az istehlak edən ölkələrindən biridir"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də AzadlıqRadiosuna bildirib ki, həm insan amili, həm də son vaxtlar qlobal proseslər üzündən Xəzərdə nərə balıqları kəskin azalıb. O vurğulayıb ki, əldə olunan qara kürü, əsasən, süni şəraitdə yetişdirilən balıqların məhsuludur: "Bu da get-gedə azalır. Azalma prosesini dayandırmaq çox çətindir və bu istiqamətdə ciddi işlər də aparılmır. Qara kürünün istehsalında artım onda baş verəcək ki, buna tələb artacaq. Ola bilsin, problem qiymətdədir. Münasib qiymətə satılan məhsul həmişə öz müştərisini tapacaq. İstehsalçı da daha çox məhsul istehsal etmək marağında olacaq".

Ekspertin sözlərinə görə, Azərbaycan balığı ən az istehlak edən ölkələrindən biridir: "Azərbaycanda il ərzində adambaşına təxminən 7.5 kiloqram balıq istehlak olunur, amma dünyada bu göstərici 20 kilodan yüksəkdir. Dünyada istehlakın 80 faizi göllərdə yetişdirilən balıqların hesabınadır".

XS
SM
MD
LG