Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:29

Ermənistan Rusiyaya qarşı Qərb sanksiyalarını pisləyən bəyanatı imzalamadı


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı “birtərəfli” sanksiyalarını pisləyən və “çoxqütblü” beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib.

Birgə bəyanatlar Moskvada MDB ölkələri liderlərinin sammiti ərəfəsində oktyabrın 7-də qəbul olunub.

MDB Katibliyinin Minskdə mənzillənən mətbuat xidmətinin məlumatına görə sənədlərdən birində “adı çəkilməyən ölkələr və ya bloklar tərəfindən başqa ölkələrin siyasətini dəyişmək məqsədilə qoyulan birtərəfli məhdudiyyət tədbirləri” pislənir.

Sənəddə söhbət açıq şəkildə Rusiyadan getsə də, adı çəkilməyən “həmin dövlətin aktivlərinin dondurulmasından və vətəndaşlarının sərbəst hərəkətinə məhdudiyyətlər” qoyulmasından bəhs edilir.

Lavrov dolayısı ilə sanksiyalardan danışıb

Rusiya xarici işlər naziri Sergey Lavrov MDB həmkarları ilə keçirilən görüşdən sonra bu sənədin əhəmiyyətini xüsusi vurğulayıb.

O Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi başlanandan bəri Moskva üzərinə qoyulmuş geniş Qərb sanksiyalarını pisləyib:

“Birləşmiş Ştatlar və onun satellitləri sanksiyaları ikincili və üçüncülü qanunsuz dolayısı sanksiyalarla üçüncü ölkələrə tətbiq edirlər. Biz bu kriminal fəaliyyətin qarşısının necə alınmalı olduğunu bilirik”.

Digər bəyanatda “Avropada təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığın prinsiplərindən” bəhs olunur.

MDB Katibliyinin məlumatına görə Qərb tərəfindən “bu prosesdə bütün maraqlı ölkələrin bərabər iştirakının təmin olunmasının qarşısını alan tədbirlər tətbiq edilir”.

Açıq şəkildə Qərbə ünvanlanmış bəyanatda...

Daha bir bəyanat isə "Avrasiya məkanında təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığın prinsipləri” barədədir.

Açıq şəkildə Qərbə ünvanlanmış bəyanatda deyilir ki, “MDB ölkələri Avrasiyada inteqrasiya və bərabərhüquqlu proseslərin əngəllənməsinə yönəlmiş zorakı diktəni pisləyirlər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla bildirir ki, Mirzoyan bəyanatlardan heç birini imzalmayıb.

Mirzoyanın bu hərəkəti Ermənistan rəhbərliyi ilə Moskva arasında dərinləşən fikir ayrılığını və Yerevanın Qərbə reoriyentasiyasını bir daha nümayiş etdirir.

Təhlilçilər bildirirlər ki, Rusiya rəsmiləri Cənubi Qafqazda gedən bu proseslərin mümkün ağır nəticələri barədə xəbərdarlıq edilər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG