M ü s ә l m a n. Bircә de görüm, ay şvetsarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?
Ş v e t s a r l ı. Bәli, adamdırlar, necә?
M ü s ә l m a n. Heç, elә-belә soruşurdum.... Demәli, sizdә dә bәy, xan, dövlәtli vә qüvvәtli adamlar var?
Ş v e t s a r l ı. Bәli, hamısı var!
M ü s ә l m a n. Bәs sizin o kasıblarınız vә zәiflәriniz-zadınız nә tәhәr dolanırlar?
Ş v e t s a r l ı. Kasıblarımız öz kәsbinә mәşğuldur, zәiflәrә dә qüvvәtli adamlar kömәk elәyirlәr....
M ü s ә l m a n (tәәccüblә). -- Necә yәni?!
Ş v e t s a r l ı. Necә, "necә yәni?"
M ü s ә l m a n. Axı, sәn deyirsәn ki, zәiflәrimizә qüvvәtli adamlarımız kömәk elәyir. Onda bәs, demәli, siznәn bizim aramızda asimanü zәmin tәfavüt var!
Ş v e r t s a l ı (tәәccüblә).--Necә yәni?
M ü s ә l m a n. Necә, "necә yәni?".
Ş v e t s a r l ı. Axı, sәn deyirsәn ki, zәif adamlarımıza qüvvәtlilәrimiz kömәk elәyirsә, sizlә bizim aramızda asimanü zәmin tәfavüt var. Bәs, onda, demәli, sizin işiniz tәrsinә düşübdür.
M ü s ә l m a n (tәәccüblә). Necә yәni?!
Ş v e t s a r l ı. Necә, "necә yәni?"
M ü s ә l m a n. Axı sәn deyirsәn ki, sizin işiniz tәrsinә düşübdür, nәdir-nәdir sizin qüvvәtli adamlarınız zәif adamlarınıza kömәk elәyir. Amma bizimki elәmir, halbuki, avandına düşәn elә әsl bizimkidir. Çünki zәif yaranıbdır ki, zәif olsun, qüvvәtli dә yaranıbdır ki, qüvvәtli olsun. Daha burada kömәk-filan yәni çi?!
Ş v e t s a r l ı. Necә yәni "kömәk-filan yәni çi?".
M ü s ә l m a n. Necә, "necә yәni kömәk-filan yәni çi?"
Ş v e t s a r l ı. Axı sәn deyirsәn ki, zәif zәif yaranıb, qüvvәtli dә qüvvәtli. Kömәk-filan da lazım deyil. Bәs, demәli, onda dünya elә bir sinif adamlardan ötrü yaranıbdır?
M ü s ә l m a n. Necә yәni?!
Ş v e t s a r l ı. Necә, "necә yәni?"
M ü s ә l m a n. Axı, sәnin sәzündәn bu çıxır ki, guya qüvvәtli gәrәk zәifә kömәk edә bәs yaxşı, bәlkә onda birdәn qüvvәtli kömәk, elәdi, zәif dә qüvvәtlәndi, onda nә?!
Ş v e t s a r l ı. Necә yәni?!
M ü s ә l m a n. Necә, "necә yәni?".
Ş v e t s a r l ı. Axı sәn deyirsәn ki, bәlkә zәif qüvvәtlәndi, onda nә? Elә bizim dә istәdiyimiz zәifin qüvvәtlәnmәsi deyilmi?
M ü s ә l m a n. Necә yәni?!
Ş v e t s a r l ı. Necә, "necә yәni?"
M ü s ә l m a n. Axı sәn deyirsәn ki, bizim dә istәdiyimiz zәifin qüvvәltәnmәsidir. Demәli, onda siz allahsız iş görmәk istәyirsiniz?
Ş v e t s a r l ı. Necә yәni?!
M ü s ә l m a n. Neçә, "necә yәni?"
Ş v e t s a r l ı. Axı sәn deyirsәn ki, onda allahsız iş görmәk istәyirsiniz. Demәli, sizlәrdә zәif qüvvәtlәnsә vay qüvvәtlinin halına?! Halbuki bizlәrdә zәif qüvvәtlәnsә, qüvvәtli dә rahat olar.
M ü s ә l m a n. Necә yәni?!
Ş v e t s a r l ı. Necә, "necә yәni?".
M ü s ә l m a n. Axı, sәn deyirsәn ki, sizlәrdә zәif qüvvәtlәnsә, qüvvәtli dә rahat olar. Sözün doğrusu, görünür ki, siz çox qәribә tayfasınız?
Ş v e t s a r l ı. Xeyr, qәribә tayfa sizsiniz ki, zәif adamlarınızın qüvvәtlәnmәsindәn qorxursunuz.
M ü s ә l m a n. Xeyr, qәribә tayfa sizsiniz ki, öz xeyri-şәrinizi bilmirsiniz!
Ş v e t s a r l ı. Ha, ha, ha, ha!...
M ü s ә l m a n. Zәhrimar!... Siz biәdәbsiniz, sizdәn həp nә desәn çıxar!
Ş v e t s a r l ı. Әdәb nәdir?
M ü s ә l m a n. Әdәb odur ki, zәif gәrәk qüvvәtliyә vә kasıb da dövlәtliyә itaәt elәsin, nәinki ondan kömәk gözlәsin.
Ş v e t s a r l ı. Amma bizdә әdәb odur ki, insan gәrәk öz insanlıq şәnini gözlәsi.
M ü s ә l m a n. İnsanlıq şәni nәdir?
Ş v e t s a r l ı. İnsanlıq şәni odur ki, insan kasıb da olsa, dövlәtli dә olsa, gәrәk hәr bir sıxıntıdan azad olsun.
M ü s ә l m a n. O cür şeyә bizdә qudurğanlıq deyirlәr. İnsan da var, insan da. İnsan var ki, heç kәsin cürәti ola bilmәz ki, ona puf elәsin, insan da var ki, gündә başına min qapaz salsan, bir dәfә dә sәnә püf demәyә cürәti olmaz.
Ş v e t s a r l ı. O cür şeyә bizdә nainsaflıq deyәrlәr vә ona da heç kәs razı olmaz.
M ü s ә l m a n. Çünki, siz kafirsiniz vә cәmi tutduğunuz işlәrin dә hamısı küfrdür!
Burada söhbәt tamam olur.