Oxucularımızdan birisi ilә söhbәt edirik. Dedi ki, qәzetinizdә bir çox sözlәr olur ki, adam oxuyanda başa düşmür.
Dedim: Lüğәtә bax, mәnasını öyrәn.
Dedi: Hanı lüğәt?
Dedim: Qәzet oxucuları üçün bir lüğәt nәşr olunub, qәzetlәrin "Ay lüğәt alan" deyib çığırmaqdan boğazı yırtılıbdır. Amma sәn deyirsәn ki, hanı lüğәt? Görünür ki, siz çәtin sözlәrdәn şikayәt edirsiniz, amma o çәtin sözlәri öyrәnmәk istәmirsiniz!
Hәmsöhbәtim mәhcub oldu, dedi: Xeyr! ... sözlәrdәn başqa, bir dә qәzetinizdә elә şeylәr olur ki, adam ha fikir edir, başa düşmür.
Soruşdum ki, mәsәlәn?
Dedi: mәsәlәn, Serbiya ilә Avstriya әhvalatı. Mәn oxuyub anlamışam ki, bәli, Avstriya Osmanlının Bosniya Herseqovina adlı bir yerini tutubdur. Yaxşı, bәs Serbiyaya nә düşübdür ki, çığır-bağır elәyir, Avstriyaya acığı tutur?
Dedim: Tarix oxumusan?
Dedi: Oxumuşam.
Dedim: Orada Serbiya haqqında nә yazılıbdır?
Rәfiqim bir az fikir elәdi vә dedi:
-- Tarixi-Nadirdә Serbiya haqqında bir söz yoxdur. Amma Әfqәnistan barәsindә çox şeylәr yazılıbdır.
Dedim: Tarixi-Nadir demirәm. Tarixi-ümumi deyirәm.
Dedi: Onu oxumamışam.
Dedim: Coğrafiya oxumusan?
Dedi: Oxumuşam.
Dedim: Orada Serbiya vә Avstriya haqqında nә yazılıbdır?
Rәfiqim çox fikir elәdi vә dedi ki, Cameyi-Abbasda Serbiya vә Avstriya barәsindә bir söz yoxdur.
Dedim: "Cameyi-Abbas demirәm. Coğrafiya deyirәm.
Dedi: Onu oxumamışam.
Dedim: Elә olanda, әlbәttә, bilmәzsәn ki, neyçün Serbiyanın Avstriyaya acığı tutur!
Rәfiqim razı oldu vә özünә dә çox acığı tutdu.