Cavan oğlan özü üçün qulluq axtarır. Әvvәlcә böyük bir tacirin yanına gedir.
-- Hacı әmi, bәlkә, kantorunuzda mәnim üçün bir qulluq ola?
H a c ı:
-- Әvvәlәn, mәn sәnün әmün dögülәm. İkinciyә qalan yerdә, bir mәnә de görüm, o saldat papağı nәdir ki, başuva qoyubsan vә islamın adını batırırsan? Get, get, çıx bayıra, meşat elәmә.
Cavan fikir edir ki, bu köhnәlәrdәn bir fayda olmaz, qoy intelligent yanına gedim. Onun özündә qulluq olmasa da, barı axmaq söz danışmaz. Gedir intelligent upravlyaşşinin yanına.
-- Bәlkә, sizin kantorda mәnim üçün bir qulluq tapıla?
Upravlyaşşi:
-- Çto vam uqodno?
Cavan:
-- Deyirәm ki, bәlkә, kantorunuzda mәnim üçün bir qulluq tapıla:
Upravlyaşşi:
-- Ya vas spraşivayu: çto vam uqodno?
Cavan:
-- İşu sebe slucbu.
Upravlyaşşi zәngi basır vә içәri girәn nökәrә acıqla deyir:
-- Provodite eqo i ne dopuskayte nikoqo, dayte mne rabotat! Çtobı nikto ne smel zaxodit ko mne bez doklada.
Cavan, nökәrin kömәyi ilә bayıra çıxıb, öz-özünә fikir edir ki, bu, yevropeyski intelligentdir, qoy aziatski intelligentin yanına gedim.... Gedir.
-- Bәlkә, sizdә mәnim üçün bir qulluq tapıla?
Әfәndi:
-- Tәrkibi-kәlam düz deyildir. "Bәlkә, bir qulluq tapılsın" denilsә, daha gözәl olar vә bir dә "mәnim üçün" mühәssәnatsız bir tәrkibdir. Daha yaxşısı "mәndәn ötrü"dür.... "Qulluq" sözü dә çox fәnadır vә üdәba yanında qeyri-müstәmәl bir kәlmәdir. Onun әvәzinә "xidmәt" söylә. İndi mәnim tәshihim üzrә başdan bir dә tәkrar söylә.
Cavan:
-- Bәlkә, sizdә mәndәn ötrü bir xidmәt tapılsın?
Әfәndi:
--"Tapılsın" kәlmәsini dә burax, canım! Әvәzinә "bulunsun" söylә. Cavan:
-- Bәlkә, sizdә mәndәn ötrü bir xidmәt bulunsun.
Әfәndi:
-- Xayır, yoxdur.
Cavan oradan çıxıb, dövlәtli yanına gedir. Qapıçı deyir: "Get, sabah gәl, indi ağa zanitdir". Sabah gәlir, deyir; "Get, biri gün gәl, ağa çörәk yeyir". O biri gün gәlir, deyir: "Get, daha birisi gün gәl, indi ağa yatıbdır". O birisi gün gәlir, qapıçı deyir ki:
Ağa gedib bağa,
Bәlkә sabah yağış yağa,
Sәn, gәl, çıxma dağa,
Özün dә olma çağa,
Bәs, inәklәri kim sağa?
Hünәrin var, sәn dә bu cürә şer de.
Cavan o cürә şer deyә bilmir vә oradan çıxıb gedir evә.