Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:35

Fukushima stansiyasından nə qədər kənara qaçmalı?


Mütəxəssislər qəzalı Fukushima stansiyasından radiasiya yayılması xəritəsi üzərində işləyirlər, 4 aprel 2011
Mütəxəssislər qəzalı Fukushima stansiyasından radiasiya yayılması xəritəsi üzərində işləyirlər, 4 aprel 2011

YAPONİYA 30 KİLOMETR DEYİR...

Yaponiya hökuməti bildirir ki, zəlzələ və sunamidən qəzalı vəziyyətə düşmüş atom elektrik stansiyasından 30 kilometr uzaqda yaşayanlara heç bir təhlükə yoxdur.

Rəsmilər qeyd edirlər ki, stansiyanın ilk 20 kilometr çevrəsində yaşayan 70 min adam məcburi qaydada daha uzaqlara müvəqqəti sığınacaqlara köçürülüb. 20 kilometrdən sonra daha 10 kilometr ətrafda yaşayan 136 min adamın da başqa yerlərə getmələri məsləhət görülür. Stansiyadan 20 kilometr kənarda yaşayanların çoxu evlərində qalmağı üstün tutur, kənardan gətirilən su içir, evdən bayıra çıxanda isə xüsusi qoruyucu vasitələr istifadə edirlər.

BMT 40 KİLOMETR


Amma BMT-nin Atom Enerjisi Agentliyi və başqa beynəlxalq qurumların hesablamalarına görə Yaponiya hökuməti təhlükəli çevrəni çox balaca götürüb.
Keçən həftə BMT-nin Agentliyi Fukushima stansiyasından 40 kilometr kənarda da radiasiya səviyyəsinin yol verilən normadan yuxarı olduğunu olduğunu bildirib.

Tpkyoda ictimai fəallar nüvə enerjisindən istifadə olunmasına qarşı etiraz aksiyası keçirirlər, 3 aprel 2011
Təşkilat Yaponiya hökumətini təhlükəsizlik tədbirləri görülməli olan çevrəni genişləndirməyə çağırıb. Amma bunun üçün konkret ölçü qeyd etməyib.

ABŞ, BRİTANİYA VƏ KANADA İSƏ 80 KİLOMETR

ABŞ, Britaniya, Kanada kimi ölkələr isə Yaponiyadakı vətəndaşlarını qəzalı stansiyadan azı 80 kilometr kənara çəkilməyə çağırıb. Həmin ölkələrdə hesab edirlər ki, vəziyyət qəflətən pisləşə və ətrafa daha çox radiasiya yayıla bilər.

Yaponiyanın qonşuları olan Cənubi Koreya və Çin radioaktiv tullantıların onlarən ərazilərinə keçə biləcəyindən narahat olduqlarını deyirlər. Çin rəsmiləri ölkənin üç regionunda ispanaqda radiasiya izləri aşkar olduğunu bildirirlər. Rusiya və Hindistan Yaponiyadan ərzaq mallarının gətirilməsinə qadağa qoyulub.

Dünyanın müxtəlif yerlərindən alimlər havada çox aşağıl səviyyədə radiasiya olduğunu, amma bunun insan sağlamlığına ziyan verəcək həddə yüksəlmədiyini deyirlər.

AMMA ƏSLİNDƏ FUKUSHİMADAN NƏ QƏDƏR QAÇMALI?

Amma hələ də heç kim demir ki, stansiyadan konkret nə qədər kənarda olmaq təhlükəsizdir.

Fukushima bölgəsində məktəblilər, 6 aprel 2011
Elmi cəhətdən alimlər radiasiya ocağından nə qədər kənarda yaşamağın mümkün olması barədə hesablamalaq aparıblar. Amma real təcrübədə bu məsafə adətən müxtəlif vəziyyətlərə və dövlətlərin qəbul etdikləri standartlara uyğun olaraq dəyişir. Britaniyada çalışan fizika alimi Frank Barnaby bildirir ki, Yaponiyanın tətbiq etdiyi zolaq bu baxımdan yaxşı misaldır:

- Yaponların dedikləri odur ki, bizim fikrimizcə, bu şəraitdə kilometrlələ məsafədə radiasiya səviyyəsi yolveriləndir. Amma sual da budur ki, doğrudanmı həmin səviyyədə radiasiya Yaponiyanın maraqları baxımından yolveriləndir?

Yaponiya rəsmiləri həmçinin xəbərdarlıq ediblər ki, zədəli stansiyadan radiasiya axını hələ bir neçə ay da davam edə bilər.

Martın 11-də baş vermiş 8.9 bal gücündə zəlzələ və onun da ardınca sumanidən Fukushima atom elektrik stansiyasının soyutma sistemləri sıradan çıxıb. təbii fəlakətdən 10 mindən çox adam həlak olub, minlərlə adam hələ itkin hesab olunur.
XS
SM
MD
LG