Dünyanın əksər güclü dərman preparatı bir çox xəstəliklərlə - İİV (HİV), vərəm, qonereya və digər mikroblarla mübarizədə uduzur. Bu barədə ABŞ-da yerləşən Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin direktoru doktor Tomas Friden (Thomas Frieden) danışıb:
- Adamlar fikirləşir ki, ən pis infeksiyaya qarşı da antibiotik olacaq, amma bu heç də belə deyil. Bu mikroblara qarşı bizim effektiv dərmanlarımızın olacağına ümid etməyimiz də kifayət deyil. Biz bu vacib axtarışlarımızda yeni yol tapmalıyıq.
Mərkəz adamların qarşısını ala biləcək bir neçə mikroba qarşı davamlılıq barəsində məlumat hazırlayıb:
PROBLEMİN MİQYASI:
Mikroblar onları dərman vasitəsilə azaltmağa və ya məhv etməyə çalışanda embrion inkişaf edir, ona qarşı nəzərdə tutulan müalicənin effektini azaldır. Bu, antibiotiklərdən, virus əleyhinə, göbələk əleyhinə dərmanlardan gen-bol istifadə edəndə yaranır. Antimikrobların təxminən yarısı - antibiotik də daxil, ABŞ xəstəxanalarında, həkim kabinetlərində işlənir, özü də əksər hallarda lüzumsuz yerə. Bu preparatlarla ən yaxşı yanaşma onlara yalnız ehtiyac olduğu halda istifadə olunmasıdır.
QİYMƏT:
ABŞ ildə böyüklərdə infeksiyaların müalicəsi üçün antibiotiklərdən lüzumsuz istifadəyə 1.1 milyard dollar xərcləyir. İtirilmiş əmək haqları kimi isə cəmiyyətə 35 milyard dollar zərər vurur.
İNSAN İMMUNÇATIŞMAZLIĞI VİRUS - (HİV):
Tədqiqatlar yeni HİV daşıyıcılarının 4-20 faizinə infeksiyaya müqaviməti artıran dərman preparatlarını sınaqdan keçirməyi təklif edir. ABŞ-da 2007-ci ildə HİV daşıyıcılarının öyrənilməsi zamanı məlum olub ki, hər altı nəfərdən biri yeni immunitet artıran dərman istifadəçisi olub. Həkimlər pasiyentlərə bu dərmanları testdən keçirməklə kömək edə bilərlər, pasiyentlər isə bu dərmanları həm də o şərtlə qəbul edə bilərlər ki, cinsi həyatları sağlam olsun.
MALARİYA:
Dünyada 225 milyon malariya infeksiyasına yoluxma hadisəsi qeydə alınıb. 2009-cu ildə malariyadan 780 min adam ölüb. Afrikada bu infeksiyadan daha çox uşaqlar ölürlər.
QONEREYA (cinsi yollla yoluxan infeksiya törədicisi)
ABŞ-da hər il 700 mindən çox adam qonoreyaya yoluxur və bu infeksiya antibiotik davamlılığa qarşı güclənir. 2009-cu ildə 23,5 faiz qonoreyaya yoluxanlara pensilin, tetrasiklinin, ftorxinolonun və bu kimi antibiotiklər təsirsiz olub.
XƏSTƏLƏRİN ÖZFƏALİYYƏTİ VƏ MİLLİ MƏKTƏB YOXLUĞU
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, antibiotiklər bədənin müqavimətini zəiflədir, ona görə də, antibiotik təyinatı zamanı onun əks təsirlərini aradan qaldırmaq üçün sistematik müalicə də aparılmalıdır.
Azərbaycana çoxlu antibiotik gətirildiyini deyən professorun sözlərinə görə, ölkədə bu preparatların keyfiyyət parametrləri yoxlanmır: «Aintibakterial müalicə lazımdısa, həkim də antibiotik təyin edir. Əsasən xəstələr qrip, soyuqdəymə olanda həkim təyinatı olmadan özləri aptekdən dərman alırlar. Halbuki dünyanın heç yerində antibiotiklər həkim təyinatı olmadan satılmır».
Adil Qeybulla deyir ki, bir çöx inkişaf etmiş ölkələrdə konkret xəstəliklərin müalicəsi ilə bağlı məktəblər var və bu məktəblərdə kurs keçən həkimlər də onların reseptləri əsasında müalicə aparırlar. Azərbaycanda isə belə bir məktəb olmadığını deyən Adil Qeybullanın sözlərinə görə, müalicə proseduru həkimin özünün peşəkarlığına qalır ki, o, antibiotik seçimində az zərərli antiobiotik qrupu seçə bilsin.
Sayta hazırladı: Səadət Akifqızı