Batana yaxın rəngi qıpqırmızı idi, elə bil böyük bir atəşi göy üzünə çəkmişdilər, bir azdan hansısa sehirli əl onu sildi və o da bu sehrə tabe olub itdi.
Qadınsa hələ də nələrinsə dəyişəçəyini, ya da günəşin yenidən doğmasını gözləyirmiş kimi elə durduğu yerdə hərəkətsiz dayanmışdı.
Uzun müddət belə qaldı, sonra ani hərəkət edib əyləşdi, başını qaldırdı, göyün üzündə bayaqdan işıq saçan günəşin yerində indi seyrək ulduzlar gözə dəyirdi.
Amma ulduzlara da həsəd aparmadı, onlar da azad filan deyillərdi, eləcə günəşin batması ilə zorən göy üzünə səpələnir, sonra işıqdan gizlənirmiş kimi günəşin ilk şüasında gözə görünməz olurdular.
Bu azadlıq deyildi, sadəcə aldatmaca idi, qadınsa daha belə oyunlara inanmaq istəmirdi.
Yorulub başını aşağı saldı, ayaqlarının altındakı qum hələ də isti, sahilsə bomboşdu və qadın adamlardan uzaq olmağı arzuladığından bu kimsəsizliyi seçmişdi.
O adamsız bir yerdə ölmək, itmək, həmişəlik getmək, ya da bu dənizin sularına qərq olmaq istəyirdi, tək istədiyi getməkdi, bunu necə, hansı formada edəcəkdi, hələ bilmirdi, amma bu yerlərdən gedəcəkdi, tək əmin olduğu bu idi.
Evdən çıxanda əynindəki paltarını belə dəyişməmişdi, hamı yatırdı, səhər yenicə açılmışdı, o da səhər qaranlığın bağrından sıyrılıb çıxdığı kimi evdən qaçmışdı, sahilə sığınmışdı…
Qalxdı, sahildə xeyli gəzdi, indiyə qədər yaşadıqlarını düşündü, düşdüyü rəzil durumu yenidən canlandırdı, kişilərin əhatəsində əyləncəyə çevrildiyinin xəcalətini təkrar duyub titrədi.
Xeyli yürüdü, tədricən isti qumun bədəninə yaydığı həzinliyə tabe oldu.
“Bunu yaşamaq, qumun belə hənirtisini hiss etmək gözəldi” düşünüb indi gözəl bir şeyin onu getmək fikrindən daşındıra biləcəyini də fikirləşdi, hiss etdiklərinə azadlıq verdi, bütün asılılıq və qorxuları özündən uzaq tutmaq üçün üzünü dənizə tutub ondakı bitməzliyə tabe oldu.
Əslində o başqalarının gözündə azad idi, istədiyini edirdi, istədiyi kişi ilə əylənirdi, coxlu zinət əşyası, gözəl paltaraları, hələ üstəlik hamının həsədlə baxdığı evi də vardı, valideyinlərinə də yaxşı övlad kimi yardım edirdi.
Amma bütün bunların heç birində azadlıq yoxdu, o azad deyildi, azğın idi, o kişilərə göstərdiyi “xidmətin” qarşılığı ona veriləcək pulu almaq üçün ələ baxmağa öyrənmiş gözlərinə belə nifrət edirdi.
Uzün müddətdi ki, güzgüdə özünə baxmaq üçün başını qaldırmamışdı, yalnız bayağı boyanıb kişilərə xoş gəlmək üçün güzgünün qarşısında dururdu, bu zaman o özünə deyil, bir azdan əylənəcəyi kişinin verəcəyi pulları hesablayan bir qıza baxırdı.
Zəngin kişilərin əyləncə mənbəyi olmaq rəzillyini yaşamaq istəmirdi daha, kimsənin əlinə baxmaq, gecələri ürək bulantırılarını yaşayandan sonra bəzənib hələ üstəlik hamının nəzərləri altında yeni bir maşına əyləşib getmək, yenidən qayıdıb ürəyinin bulanması keçənə qədər qaytarmaq istəmirdi.
Dəfələrlə sınamışdı, hətta aylarla evdən çıxmamışdı, bütün telefonlarını qapadıb dünyadan, onu qara qəpiyə satan həyatdan tədric etmişdi özünü, təmizlənmək, durulmaq istəmişdi, amma iik qarşılaşdığı çətinlik, carəsiz görünən durumdan sonra yenə özünü kiminsə maşınında, qucağında görmüşdü.
Onun asan yol kimi ilk baş vurduğu şey fahişəlik idi, amma qadınlığını harın, ya da it iyi verən birinin şəhvətində kirləndirməkdən iyrənirdi daha…
“Həyat hamını bir yerlərə sürükləyir, sürüklədiyini görmək istədiyi yerdə görməyincə sakitləşmir, sakitləşdikdən sonra da əlini üzmür, elə bir şeylər uydurub insanın qarşısına cıxarır, sona qədər bitirir, tükəndirir və bütün bunlardan sonra da günahkar elə insan olur…” düşünüb dişlərini sıxdı.
O başqalarının gözündə fahişə idi, amma dəhşətli olan o idi ki, onun özünə münasibəti də eynən beləydi, adi, ucuz, hamının kirlədib, təhqir edib bir kənara ata biləcəyi, iyrənc bir şey haqqında danışrmış kimi danışıb üzünə irişdiyi, ucuz kafelərdən tutmuş, ən bahalı restoranlara qədər gedib əyləndiyi, sonra bir kişinin şəhvətində qurbanlığa çevrilib ruhunun didik-didik hala gətirildiyi biri…
O hamı və özü də üçün bu idi...
Aylardı depresiyada idi, xarakter etibarilə depressivdi əslində, böyümüşdü, bütün gənc qızlar kimi arzuları vardı, adi, bəsitdi arzuları, hamı kimi evlənsin, uşaqları olsun, xoşbəxt olmaq istədiyi halda günlərin biri qarşısına çıxan rəfiqəsinə ərindən şikayətlənəcəkdi, bədbəxt olacaqdı, amma heç düz-əməllicə bunun da fərqində olmayacaqdı, özünü bilməyəcəkdi, dərdinin adı, bədbəxtliyinin ünvanı da olmayacaqdı, elə hamılaşıb adi bədbəxt kimi uşaqlarını böyüdüb evləndirəcəkdi, qızının onun kimi olmayacağına ümid edəcəkdi, amma yanılacaqdı, qızına öz başına gələnlərdən danışıb təsəlli edəcəkdi, qadın olmağın əzabından, yüküdən gileylənib nəsihət edib dönə-dönə deyəcəklərini təkrarlayacaqdı, sonra da nəvələrini oynadıb indi daha gedəcək yeri, başqa qadınlarla əylənəcək gücü olmayan ərinin yanını kəsib oturmasından da məmnun olacaqdı…
Və öləcəkdi, hamı kimi… Sadə bir yaşantının bitişini izləyəcəkdi ruhu..
İndisə hər şey bambaşqa idi, o evlənmədi, dərdini də ünvansız yaşamadı, əzabının da nədən doğduğunu bilirdi, uşaqları da yoxdu, ərindən də rəfiqələrinə şikayər etmədi, indi də adi olməyəcəkdi…
Başını qaldırdı, yenə dənizə uzun-uzadı baxdı, əslində dənizi deyil, həyatın onun üçün çızdığı qarma-qarışıq tablonu görürdü.
Dalğalar ona hücum edən həyatdı, elə hey qabarma-çəkilmələr olurdu, gah nəhəng, gah da xırda dalğalar onu haralarasa, kimlərinsə yanına atırdı, o əvvəllər qorunmağa çalışırdı, amma dalğalar ondan qat-qat güclü idi, böyükdü, hara gəldi çırpırdılar onu, sonra yoruldu, onlara tabe oldu.
Bir də dənizdə su vardı, bəzən bulanıqlaşsa da nəhayətində təmizlənmək üçün bütün hallarda yararlı olan su və indi də dalğalardan qaçıb suların qoynuna girmək istəyirdi, təmizlənsin, bir dəfəlik onların ağuşunda üzüb getsin…
Ya da bu suları yerindən oynadıb dalğaya çevirən rüzgarla birgə əsib getsin, onun bitdiyi yerdə bitsin, tükənsin…
Dəniz onu hər zaman özünə çəkmişdi, hər zaman təsəlli idi dəniz, böyüklük, bitməzlik, tükənməzlikdi.
Bilirdi ki, bu xəyalidir, ilğım kimi aldadıcıdır, amma bu aldanış onu rahatladırdı, sakitləşdirirdi, onu həyatın çirkabından uzaqlaşdırırdı, hamının ikrahla baxdığı, başını bulayıb keçdiyi, hərdən hələ söydüyünü də eşitməkdən kənarda olan bir ilğımla aldanışın özündə gözəllik vardı. Bu gözəllik yalan olsa da həqiqətdən daha təmiz və pak olduğuna görə həmişə onunla olmaq istəyirdi.
Dəniz ən etibarlı rəfiqədir, çünki söylədiyin, ona verdiyin sirləri dalğaların nəriltisi batırır, sahilə, qumlara yazdığın dərdlərisə yuyub izini ömürlük silir...
Onun ömrü… Nə idi, kimin üçün nə ifadə edirdi onun ömrü…
O dünyanın ikiüzlülüyünə nifrət edirdi, eynən özünün peşəsinə, bədənini satdığı pullarla aldığı paltarları geyinib çıxanda əslində gözəl olan simasına nifrət etdiyi qədər nifrət edirdi.
“Bu dünya elədir ki, əsil fahişəni bir də görürsən baş üstünə qaldırır, onun ölümü belə bütün dünyanın diqqətini çəkir, hamı ondan, yaxşı insan olmasından, filan xeyriyyəçiliyindən, daha nələrdənsə danışır, amma bütün bunlar adi reklamdan, özünü təqdimatdan başqa bir şey deyil, bir də həyat onun içindəki murdar xislətin üzə çıxmasına imkan verməyib və dünya ən murdar birinə xanımlıq libası biçib, ya da ən adi şərəfsizin biri ən böyük insan kimi dəfn edilir, insanların başının üstünə qaldırılır, dəfnində milyonlar iştirak edir, göz yaşı tökür, amma o baş üzərinə qaldırılanın az sonra əməlləri üzə çıxanda adamın başında tükləri dik durur.
Həyat hər zaman ortaya girir, ya mərhəmətli olur, ya da zalım, kimin bəxtinə nə düşürsə bunun adı olur şans, ya da yaramazlıq…
Əslində həyatın vəhşi xisləti haralardasa gizlədilib, əvəzindəsə insanlara gözəl görübəcək bir libas bicilib ona…!”
Qadın düşünüb yenə isti qumun hərarətinə tabe olmaq istədi, amma fikirlər elə bil beynini deşirdi, o yaşadıqlarını, günahlarını nəyin, kiminsə üstünə yükləmək istəyirdi, indiyə qədər daşıdıqlarına artıq gücü çatmırdı.
O həyatı günahları qədər sevmirdi və indi, üzü dənizə dayanıb bütün bunları düşündüyü zaman qəlbinə çökmüş ağırlığı kiminləsə paylaşmaq istəyirdi.
“Bax həyat budur, yerlərin dəyişik düşdüyü yerdir, adamların nəzərindən düşüb, ya da qalxmaqla alacağın qiymətlərin heç də mütləq olmadığı bir yer, ya da insan taleyinin üzərində oynadığı oyunun qurbanlarını bildiyi kimi seçən bir şeydir…
Nədirsə ədalətli, haqlı deyil” və qadın da onun ədalətsiz simasını görmüşdü, ikrah etmişdi, ilk olaraq cabalamışdı, inad etmişdi, indiki halının olmasına qarşı dayanmışdı, amma həyat bir aclıq, bir də onu fahişəliyə sürükləyən “dostlarla” doldurmuşdu ətrafını, sonra da istədiyinin qoynuna atıb istədiyinin də qoynundan çıxarmışdı. İndisə yoxdu ortalarda, geri çəkilib gizlənmişdi və o insanların tənəli baxışları, ikrah dolu nəzərləri, söyüşləri ilə üzbəüz, tək qalmışdı.
O ona biçilən libası bir dəfəlik çıxarmaq, soyunmaq, bir körpə kimi təmiz olub paklanmaq istəyirdi…
Qaranlıq düşmüşdü, artıq ulduzlar da seyrək deyildi, sular qaranlığa tabe olub parlaq maviliyini zülmətin əsarətinə vermişdi.
Sahil vahiməli kimsəsizliyinə sığınmışdı, ov öz ovcusuna baxar kimi sanki imdad diləyirdi…
Qadın döndü, sahildən kənarda evlərin işıqları yanırdır, pəncərələrdən həyatın üzü süzülürdü, orda da ilğım, xəyali bir istilik, aldanış dolu bir xoşbəxtlik, rahatlıqlar vardı, amma bunlar indi qarşısındakı dəniz qədər gercək deyildi və qadın o pəncərələrin işığında əslində həyatın zülmətindən gizləndiyini zənn edən insanların onu adi, təmiz biri kimi qəbullanacağına ümid etmirdi. Onu qəbullanacaq tək yer dəniz idi.
O illərin qəlbinə yığdığı yorğunluq və bezginliyin son nöqtəsində idi. İndi bir şey qalırdı, cəsarət edib Allahın ona verdiyi ömrü geri qaytarmaq, eləcə qıvrıla-qıvrıla yaşamağa məhkum halda gələcək ölümü gözləmək istəmirdi, buna səbri də qalmamışdı, öz ölümünü özü gercəkləşdirmək istəyirdi.
Dönüb getmək,,.
Həyata etibar edib güvənmək istəmirdi…
Günəş dənizdə batdığı kimi o da dənizdə yox olacaqdı və ulduzlar qaranlığa məhkum olunduğu kimi onun da ruhu əbədi zülmətə məhkum ediləcəkdi.
Irəlilədi…
Qadın dənizdə batdı…