Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Korrupsiyaya qarşı mübarizə çərçivəsində 18 cinayət işi başlanıb


Zakir Qaralov
Zakir Qaralov
Bakıda Korrupsiyaya Qarşı Mübarizə Forumu keçirilir.

Forumda çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, korrupsiya ilə mübarizə aparmaq üçün martın 3-dən fəaliyyətə başlayan «161» saylı «Qaynar xəttə» indiyə kimi 3700 müraciət daxil olub. Qəbul edilmiş 1200 müraciətdən 237-si müsbət həllini tapıb, 7 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 7 nəfər isə həbs olunub.

2011-ci ildə korrupsiyaya qarşı mübarizə çərçivəsində 32 nəfər barəsində 18 cinayət işi başlanıb. Hazırda 84 cinayət işi icraatdadır.

Prezident Administrasiyasının şöbə müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov isə deyib ki, inkişaf etmiş ölkələr kimi, Azərbaycan da korrupsiyaya qarşı mübarizə üsullarını təkmilləşdirilir:

«Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub. Hazırda ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərdə fəal iştirak edir».
XS
SM
MD
LG