ATƏT-in Bakı Ofisinin dəstəyilə «Azadlıq» radiosu və «İnternyus-Azərbaycan»ın hazırladığı «İkisi bir yerdə» də bu dəfə Azərbaycandakı gender təhsilindən danışılır. Genderin ali və orta məktəblərdə tədrisi tələbə və şagirdlərə nə verə bilər? Onlara bu bilgilər hardasa lazım ola bilərmi?
Psixoloq-genderşünas Aytən Musayeva və Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı, Bakı Dövlət Universitetinin müəllimi Zeynəddin Şabanov mövzunu müzakirə edir.