Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:07

«Oğlumuzu təxribata çəkiblər»


Hüseyn Abdullayevin valideynləri Azərbaycan prezidentinə müraciət ediblər
Hüseyn Abdullayevin valideynləri Azərbaycan prezidentinə müraciət ediblər

Deputat Hüseyn Abdullayevin valideynləri onun zaminə buraxılması xahişi ilə martın 30-da Azərbaycan prezidentinə müraciət ediblər. Onlar həmin gün keçirdikləri mətbuat konfransında övladlarının parlamentdə təxribata çəkildiyini bildiriblər. Deputatın valideynləri prezidentə bu işlə bağlı yalan məlumatlar verildiyini bildirir, mümkünsə dövlət başçısının onları qəbul etməsini xahiş edirlər.


Hüseyn Abdullayev martın 16-da, hökumətin parlamentə hesabatı zamanı həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlbəyaxa olub. Martın 19-da isə parlament Hüseyn Abdullayevin deputat kimi toxunulmazlıq hüququnu ləğv edilib.


Nəsimi Rayon Məhkəməsi isə deputat barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.


XS
SM
MD
LG