Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:37

Məhkəmədə Hüseyn Arabulun səhhəti pisləşib


Hüseyn Arabulun səhhəti pisləşdiyindən məhkəmə mayın 2-nə təxirə salınıb
Hüseyn Arabulun səhhəti pisləşdiyindən məhkəmə mayın 2-nə təxirə salınıb

Mayın 1-də «Barmek» Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul və digər təqsirləndirilənlərin məhkəməsində müdafiə tərəfi dövlət ittihamçısına etiraz edib. Ancaq hakim etirazı qəbul etməyib.


Hüseyn Arabulun vəkili Abbas Atakişiyev deyir ki, aprelin 30-da keçən prosesdə təqsirləndirilənlərdən Çingiz İbadov haqqında cinayət işinin dayandırılması haqqında qərar verilmişdi. Onlar da buna etiraz olaraq apellyasiya şikayəti veriblər. Ancaq hakim prosesin davam etdirilməsinə qarar verib. Vəkilinin sözlərinə görə bu obyektiv araşdırmaya mane olacaq.


Məhkəmə prosesində fasilə zamanı Hüseyn Arabulun səhhətində problem yaranıb. Ona tibbi yardımı göstərilib. Bundan sonra proses mayın 2-nə qədər təxirə salınıb. Hüseyn Arabul və digər təqsirləndirilən 6 nəfər mənimsəmə və israf etmədə ittiham edilir. Azərbaycan hökuməti «Barmek»lə müqaviləni 2006-cı ilin iyulunda birtərəfli qaydada dayandırıb. Bakı şəhərində elektrik satışı ilə məşğul olan bu şirkət 2002-ci ildə Azərbaycanda fəaliyyətə başlamışdı.


XS
SM
MD
LG