Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Fərhad Əliyev yenə Kəmaləddin Heydərovun adını çəkdi


Fərhad Əliyev 2005-ci ilin oktyabrında həbs olunub
Fərhad Əliyev 2005-ci ilin oktyabrında həbs olunub

İyulun 16-da sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2004-cü ildə ikinci mərhələdə mənimsənildiyi iddia edilən 314 min özəlləşdirmə payının taleyinə aydınlıq gətirmək istədiyini bildirib. Sabiq nazir deyib ki, bu çeklər 12 böyük obyektə qoyulub. Həmin obyektlərin onun həbsindən sonra özəlləşdirildiyini deyən Fərhad Əliyevin iddiasına görə, proses Dövlət Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və İqtisadi İnkişaf naziri Heydər Babayevin iştirakıyla baş tutub.


Özəlləşdirilən obyektlər isə Bakı Şin Zavodu, Bakı Maşınqayırma Zavodu, Neftçala Balıq-Kürü Zavodu, Binəqədi rayonunda yerləşən 1 saylı Evtikmə Kombinatı, Şəmkir Şərab Zavodu və digər sənaye müəssisələridir.


İqtisadi İnkişaf Nazirliyindən isə məhkəmədə deyilənləri təkzib ediblər. Nazirlikdən «Azadlıq» radiosuna deyiblər ki, digər məmurlar kimi, Heydər Babayev də özəlləşdirmə prosesində iştirak etməyib.


Proses iyulun 17-də davam edəcək.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almada təqsirləndirilirlər.


XS
SM
MD
LG