Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Prokuror İqtisadi İnkişaf Nazirliyində yoxlama aparan mütəxəssislərin dindirilməsini təklif edib


Avqustun 6-da keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və daha on səkkiz nəfərin məhkəmə prosesi davam edib. Prokuror bir müddət öncə İqtisadi İnkişaf Nazirliyində yoxlama aparan komissiyanın mütəxəssislərinin dindirilməsini təklif edib. Həmin mütəxəssislərin adı istintaq dövründə şahid siyahısında olmadığı üçün prokuror təqsirləndirilən şəxslərin və müdafiə tərəfin vəkillərinin razılığını istəyib.


Fərhad Əliyevin vəkili Elton Quliyev vəkillərlə qısa məsləhətləşmədən sonra bildirib ki, mütəxəssislərin dindirilməsinə yalnız bir şərtlə razılıq verə bilərlər. Belə ki, onlar əvvəlcə yoxlama komissiya üzvlərinin dindiriləcəyi epizodların məhkəmədə araşdırmasını təklif ediblər.


Məhkəmə prosesi nahar fasiləsindən sonra davam edəcək.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almada təqsirləndirilirlər.


XS
SM
MD
LG