1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti və 11 xarici neft şirkəti saziş imzalayıblar.
«Əsrin müqaviləsi» Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri»-«Çıraq»-«Günəşli» neft yataqlarının birgə işlənməsini nəzərdə tutur.
İndi bu yataqlardan sutkada 700 min barel neft çıxır. Yaxın vaxtlarda hasilatın 1 milyon barelə çatdırılması planlaşdırılır.
Nefti Avropa bazarına Bakı-Tbilisi –Ceyhan əsas ixrac neft kəməri çıxarır. Bu layihə regionun ən böyük layihəsi sayılır.
2001-ci ildən sentyabrın 20-i həm də Neftçilərin peşə bayramı günü kimi qeyd olunur.