Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:43

«Arabul sirləri açıb tökdü»


«Məni həbs etsələr də, övladlarım hər şeyi bilir»
«Məni həbs etsələr də, övladlarım hər şeyi bilir»
«Məni həbs etsələr də, övladlarım hər şeyi bilir. Başıma gələnləri bütünlüklə yazıb qoymuşam. Məndən sonra övladlarım bu işi davam etdirəcəklər», - deyən Hüseyn Arabul illərlə gizlətdiyi adları «Gün səhər» qəzetinə sadalayıb:


«Bu işi ilk başlayan «Azərenerji»nin prezidenti Etibar Pirverdiyev oldu... O, 2005-ci ilin əvvəllərindən «Barmek» əleyhinə böyük kampaniyaya başladı... Sonradan iqtisadi inkişaf naziri Heydər Babayev, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, baş nazirin müavini Yaqub Eyyubov, vergilər naziri Fazil Məmmədov, o vaxtkı maliyyə naziri Əvəz Ələkbərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və bir çox məmurlar burdakı işimi buraxıb Azərbaycanı tərk etməyim üçün qarşıma şərt qoydular...».


«2006-cı ilin martında Kərəm Həsənov məni israrlı şəkildə komitəyə dəvət etdi. Öz kabinetində «sənə 5 fabrik verirəm. Gəl birlikdə inşaat işləri ilə məşğul olaq, amma burax bu elektrik işini» demişdi. Mən razı olmadım. Dedim ki, hökumətlə müqaviləm var, bu müqavilədən kənar heç bir işlə məşğul olmaram. Nə qədər çalışdısa, məni öz istəyimdən çəkindirə bilmədi. Cəmi 1-2 gün sonra, martın 24-də komitənin təşkil etdiyi toplantıya mən də dəvət almışdım. Mən toplantıya 10 dəqiqə gecikincə, hirsli şəkildə «sənə bu davranışının hesabını prokuror vasitəsilə göstərərəm» söylədi. Onun bu hədə-qorxusu, hirsli baxışları həmişəlik yaddaşımdadır», - deyə «Barmek» prezidenti əlavə edib.


Sentyabrın 18-də «Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul və onun daha altı əməkdaşının məhkəməsi üçüncü dəfə təxirə salınıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bildirirlər ki, proses sentyabrın 21-nə təyin olunub.


«Ayna» qəzeti yazır ki, NATO Parlament Assambleyasından (PA) bir heyət Bakıda Azərbaycanın Müdafiə nazirinin mülki şəxs olma məsələsini müzakirə edəcək.


Bu barədə Bakıda səfərdə olan NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçü Komitəsinin Demokratik İdarəçilik Alt Komitəsinin sədri Çətin Kazak məlumat verib.


«NATO ölkələrinin əksəriyyətində Müdafiə naziri mülki şəxsdir. Azərbaycanda bu məsələnin necə olması ilə bağlı son qərarı rəsmi Bakı özü verəcək», - deyə Kazak əlavə edib.


O qeyd edib ki, Azərbaycanın NATO standartlarına uyğunlaşmaqla bağlı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmə səviyyəsi qaneedicidir:


«Azərbaycan NATO üçün önəmli ölkədir. Biz Azərbaycanın öz hədəflərinə çatmasına dəstək verməyə hazırıq».


Kazakın fikrincə, NATO ilə Azərbaycan arasında əlaqələr getdikcə inkişaf edir. «Amma Azərbaycanın NATO standartlarına uyğunlaşması üçün həyata keçirməli olduğu xeyli işlər var», - deyə o, bildirib.



«10-15 ildən sonra Bakıda hər dörd nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq».


Bu barədə açıqlamanı Beynəlxalq Ekoenergetika Akademiyasının (BEA) prezidenti Fəqan Əliyev «Exo» qəzetinə verib.


Onun dediyinə görə, bu, xarici şirkətlərin tətbiq etdikləri ekoloji cəhətdən təhlükəli istehsal metodlarının təsiri nəticəsində baş verəcək. Buna görə də, Akademiya xarici şirkətlərin Azərbaycanda istehsal etdikləri məhsulların ekoloji təhlükəsizlik baxımından yoxlanmasını tələb edir.


Əsas təhlükəli hesab edilən tikinti materialı sementidir. Bu isə sementdə radioaktivliyin yüksək olması ilə izah olunur.


«Yeni Müsavat» qəzetinə açıqlamasında Fəqan Əliyev deyib ki, inşaatda istifadə edilən hər bir tikinti materialına sertifikat verilməli, normativ sənədlərlə razılaşdırma olmalıdır:


«Bu gün Bakıda gedən tikinti bumunda radiasiya ölçüləri yoxdur. İnsanlar aldığı mənzilin ekoloji mahiyyətini bilmir. Yeni tikilən binalar xərçəng mənbəyidir. Təbii radiasiya fonları, radenekulitlət var, bunlar bütün dünyada, sivil ölkələrdə olan qaydalardır. Bu qədər tikinti gedir, inşaat materiallarını, radiasiya fonunu, razon qazını kim yoxlayır. Biz 1992-ci ildə normativ sənədlər işləyib verdik. O zaman Bakı Şəhərsalma Memarlıq İdarəsi vardı, orada təsdiqləndi, amma işlənmədi».


BEA mütəxəssislərinin gəldiyi qənaət və təkliflər Fövqəladə Hallar Nazirliyinə təqdim edilib.


XS
SM
MD
LG