Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov mərhum baş redaktora abidə qoyulması ilə bağlı icra hakimiyyətinə müraciət edəcəklərini bildirib. Anım mərasimində iştirak edənlər müraciətə imza atıblar.
Hüquq müdafiəçisi Arzu Abdullayeva çıxışında bildirib ki, dövlət başçısı səviyyəsində söz verilməsinə baxmayaraq bu vaxta kimi istintaqın nəticəsi yoxdur.
Martın 2-də jurnalistin məzarını onun həmkarları, siyasi partiya liderləri, siyasətçilər, ictimaiyyət fəalları ziyarət ediblər. Anım mərasiminə Amerika səfiri Enn Dersi də qatılıb.
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi tapılmayıb. O, hakimiyyəti kəskin tənqid edirdi.