Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:04

Aqil Xəlil Respublika Prokurorluğunda səkkiz saat ifadə verib


Aqil Xəlil martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanıb
Aqil Xəlil martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanıb

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil martın 25-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində səkkiz saat ifadə verib. Tibb eksperti jurnalisti bir daha müayinə edib. Xəlilin vəkili Elçin Sadıqov isə açılan cinayət işinin maddəsi ilə razılaşmadıqlarını və əməlin ölümə sui-qəsd kimi tövsif edilməsinin vacibliyini bildirib. Respublika Prokurorluğunda işin istintaqını aparan müstəntiqlər isə bunun işin gedişindən asılı olduğunu bildiriblər.


Aqil Xəlil dindirmədən sonra yenidən doğulduğu rayona - Kürdəmirə qayıdıb. O, bu addımı öz təhlükəsizliyi və ailəsinin təkidi ilə atdığını bildirib.


İstintaq hərəkətlərinin nə zaman davam etdiriləcəyi məlum deyil.


Martın 24-ü axşam Aqil Xəlil prokurorluq işçilərinin müşayiəti ilə Kürdəmir rayonundan Bakı şəhərinə gətirilib.


Jurnalisti martın 24-də Respublika Prokurorluğuna müstəntiq Əli Quliyev dəvət edib.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bildirib ki, əgər bu iş Respublika Prokurorluğuna verilibsə, ola bilsin ki, cinayət işi daha ağır maddə ilə əvəzlənsin.


A.Xəlilin bıçaqlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 127.1, yəni qəsdən bədənə az xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.


Aqil Xəlil martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanıb. Jurnalistin üzərində cərrahiyyə əməliyyatı aparılıb.


XS
SM
MD
LG