Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:35

Naxçıvanda yas ucuzlaşıb


Əgər yasda qənd və çaydan başqa bir şey verilərsə, mollanın fəaliyyətinə xitam verilir
Əgər yasda qənd və çaydan başqa bir şey verilərsə, mollanın fəaliyyətinə xitam verilir

İki gün öncə Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinə qeyri-rəsmi qadağalar tətbiq olunub. Belə ki, yasda çay və qənddən başqa digər nemətlərdən ehsan vermək qadağan edilib. Qadağan olunmuş nemətlər sırasına xurma və limon da daxildir.


Ölü yaxınları deyirlər ki, mərasimlərə sahə müvəkkilləri ilə birgə xüsusi adamlar tərəfindən nəzarət olunur. Mollalara vərəqələr paylanıb. Həmin vərəqələrdə hansı nemətlərin verilib-verilməməsi qeyd edilib. Əgər yasda qənd və çaydan başqa bir şey verilərsə, həmin mərasimi aparan din xadiminin fəaliyyətinə xitam verilir.


İki gün əvvəl yaxın qohumunu itirmiş Tünzalə deyir ki, göstəriş onlarında yas mərasimində tətbiq olunub: «Biz istədik ki, xurma və limon da verək. Amma, molla dedi ki, «göstəriş var belə bir şey ola bilməz». Bu, bir tərəfdən kasıblar üçün yaxşıdı. Onsuzda burda yaxşı şəraitdə yaşamırıq. Digər tərəfdənsə bu bizim şəxsi işimizə müdaxilədir».


Göstərişdə yas mərasimlərinin müddəti 4 gündən 2 gün yarıma endirilib.


Toy qaydalarında da dəyişiklik edilib. Qız toylarının restoranda yox, mağarda məhdud sayda iştirakla keçirilməsi nəzərdə tutulub. Göstərişdə həmçinin toylarda yalnız iki cür yeməkdən istifadə edilməsi tövsiyə olunur.


XS
SM
MD
LG