Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:45

Aqil Xəlili xaricə buraxmayan kim idi?


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil
«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil yaxın vaxtlarda bir sıra xarici ölkələrə səfərlər edəcəyini istisna etmir. O, «Azadlıq» radiosuna müsahibəsində belə deyib.


Ancaq A.Xəlil bu barədə planlarını açıqlamağın tərəfdarı deyil.


Aqil Xəlilin vəkili Elçin Sadıqovun sözlərinə görə, onun müdafiə etdiyi şəxsin ölkəni tərk etməsinə qadağa Baş Prokurorluğun 8 may tarixli əmri ilə qoyulub.


Bu, zərərçəkmiş şəxsin istintaqda iştirakının zəruriliyi ilə əsaslandırılıb.


Baş Prokurorluq Aqil Xəlilin iki dəfə ölkəni tərk etməsinin qarşısının alınması barədə məlumat yayıb.


Qanunvericiliyə görə, məhkəmə hökmünün qüvvəyə minməsi ilə bu qadağa aradan götürülür.


Birinci instansiya məhkəməsinin hökmü elan olunduğu andan 20 gün sonra qüvvəyə minir.


XS
SM
MD
LG