Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:31

Urmiya görüşündə Bəyannamə qəbul edilib


Aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilib.

«AzərTAc»ın məlumatına görə, görüşdə nazirlər qeyd ediblər ki, üçtərəfli görüşlərin hər il iki dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil edilməsi onların qarşılıqlı razılıqları əsasında həyata keçirilir. Belə görüşlər əlaqələrin daha sürətlə genişləndirilməsinə xidmət etdiyi kimi, regionda sülhün və əmin-amanlığın qorunmasına da böyük töhfələr verir.

Sonda nazirlər Urmiya Bəyannaməsi qəbul ediblər. Doqquz bənddən ibarət Bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, turizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.
XS
SM
MD
LG