Bir pərdəli, iki şəkilli məzhəkə
İŞTİRAK EDƏNLƏR
S ə f d ə r q u l u b ə y - mülkədar bəy. Ucaboylu, dolubədənli, üzüqırxıq, çərkəz libasında, əlli yaşında sadədil bir şəxs. Danışanda tez-tez "vot tebe na" sözünü təkrar edir.
M e h d i b ə y
V ə l i b ə y } Səfdərqulu bəyin qumar yoldasları.
R ü s t ə m b ə y
S a ş a bəy
M ə ş ə d i S ə m ə d - dükançı.
A z a d b ə y - doktor.
N ə b i - Səfdərqulu bəyin nökəri.
C ə b i - Mehdi bəyin nökəri.
O v a n e s - Saşa bəyin nökəri.
R ə h i m - tarzən,
K ə r i m - oxuyan.
BİRİNCİ ŞƏKİL
Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə
bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart və qeyri qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür, Pərdə qalxdıqda, Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir.
N ə b i. Vay sizin evinizi allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq
olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb, o biri
günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm.
Amma bizim bu nəcib bəylərimiz davam edirlər. Özgə vaxtı "o yana dur" üstə
xəncər, tapan-çaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri
deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səefeh ağamı yaxşı tovlayıb
tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-haha...
A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, qalmışdı elə bu. İndi də
tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib
Fitilbörgdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha...
Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. "Vot tebe
na"dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur.) Xoş gördük, a
Cəbi lələ. Mənə qulluq.
C ə b i. Gecə ağamın papiros qutusu burada qalıbdır. Ona gəlmişəm.
N ə b i (papiros qutusunu stolun üstündən götürüb verir.) Cəbi, sən öləsən bu
gecə, ağan Mehdi bəyi təmiz süngə çəkiblər. Yaxşı ki, hələ papağını da yaddan
çıxartmayıb.
C ə b i. Mənim ağam kartın höcətinə gedəndir.
N ə b i. Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. Axırda hirsindən
kartı cırıb atdı.
C ə b i. Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçardım
doqquzluğa. Ona da vurulanda səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım.
N ə b i. Ha-ha-ha... afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda
mənlə bir əl qonçuna oynamaqda necəsən.
C ə b i. Çox yaxşı, oynaram. Bəs Səfdərqulu ağa evdə deyil?
N ə b i. Qorxma, elə yatıbdır ki, top da atsan xəbəri olmaz.
C ə b i. Bu gecə udubdur, yoxsa uduzubdur?
N ə b i. Heç görünməz iş!.. Udubdur! Cəbi, yaxşı yadıma saldın, ağa
tapşırmışdı ki, onu tezdən durquzam. Günorta olubdur, amma o hələ yatıb. Cəbi,
bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içgili.
C ə b i. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü?
N ə b i. Bəli. Bunu sən haradan bilirsən?
C ə b i. Bu bəylərin kələyidir. Onu elə salırlar. O günü bəylərin hamısı bizdə
idi. Gülməkdən qəşş edirlər. Mehdi bəy də deyirdi: Nə var, zəhməti mən çəkim,
qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən qurum, kefi siz
çəkin.
N ə b i. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var,
ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın.
C ə b i. Gərək qabaqcan alasan. Sonra kələk açılanda verməz. Bəlkə yadına
salanda səni də kötəkləyər.
N ə b i. Elə mən də onun fikrindəyəm. Gedim durquzum. Amma daş kimi bərk
yatandır. Bilmirəm heç durquza biləcəyəmmi? (Gedib yataq otağının qapısından
cağırır.) Səfdərqulu ağa, Səfdərqulu ağa! İndi gəl bunu oyat. Paltarlı, taxta yıxılıb,
xoruldayır. (Səsini ucaldır.) Səfdərqulu ağa, Səfdərqulu ağa, Əstəğfürulla, əgər
vəcinə isə.
C ə b i. Ədə, gedib əlin ilə durquzsana.
N ə b i. Yaxşı buyurursan, Cəbi ağa. Sən öləsən durub atama od vurar. O günü
elə etmişdim. Diksinib atlandı və mənə elə sillə çəkdi ki, gözlərimdən od parladı.
Dedi ki, bundan sonra məni heç vaxt əlinlə durquzma. (Qışqırır.) Səfdərqulu ağa!
Səfdərqulu ağa! Allahü əkbər, mən nə edim? A Cəbi, sən də kömək elə, görək bu
dibdat bəyi oyada bilərikmi?
C ə b i. A balam, mən nə kömək edim? Belə ki, Səfdərqulu ağa yatıbdır, heç
"Koroğlu" da çalsan duran deyil.
N ə b i. Vay, sağ ol Cəbi, yaxşı yadıma saldın. (Cırtıq vura-vura o biri otaqdan
bir qaval və bir tar gətirir.) İndi durarsan. Sənə bir elə meymun havası çalım ki,
sıçrayıb dik atılasan. Al qavalı, köhnə lotu. (Qavalı Cəbiyə verir və ozu calıb
oxuyur.)
Mən bu dərədən keçmərəm,
Çadramı yellətmərəm,
Ağ saqqala getmərəm,
Gəl, gəl ay evi yıxılmış,
Tez gəl, ay evi yıxılmış.
(Gedib qapıdan baxır.) Cəbi, sən öləsən, heç halına təfavüt etmir.
C ə b i. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram.
Nəbi çalır.
C ə b i.
Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
Nəbi gedib qapıdan baxır.
N ə b i. Xeyr a.
C ə b i. Adə, bəlkə, kişi ölüb?
N ə b i. Hardan ölübdür, xorultusunu eşitmirsən? Ay Cəbi, nə edək? (Fikrə
gedir.) Hə tapdım, yaxşı tapdım.
C ə b i. De görüm, nə tapdın?
N ə b i. Qumarbazı qumar oyadar. Cəbi lələ, indi gəl bəylərin qumar
oynamaqlarının təqlidini çıxardaq. Onda görərsən necə durar. Kürsünü çək otur.
(Otururlar.) Bax, mən Vəli bəyəm, sən ağan Mehdi bəy. Ah, bir adam da olsaydı,
işimiz düzələrdi.
Ovanes daxil olur.
O v a n e s. Nəbi, Saşa bəyin ağacı burada qalıb. Ona gəlmişəm.
N ə b i. Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. (Durub onun
əlindən tutub stola tərəf cəkir.) Hələ buyur otur.
O v a n e s. Yox, kirvə, mən qumar oynamıram.
N ə b i. A kişi, otur.
O v a n e s. Mən qumarı toba etmişəm.
N ə b i. Otur, pul ilə oynamırıq. Zarafat edirik.
O v a n e s. Kela, qabaqda da məni o cür öyrədib evimi yıxdılar.
N ə b i. Adə, qumar oynamırıq, oyun çıxardırıq. Sən otur, bu saat deyim.
(Ovanes oturur.) Bax, sən Saşa bəy...
O v a n e s. Mən Ovanesəm.
N ə b i. Adə, a qanmaz ayı, mən bilirəm ki, sən Ovanes kirvəsən. Biz ağaların
qumar oynamalarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir, mən Vəli bəy,
sən də ağan Saşa bəy... İndi başa düşdünmü?
O v a n e s. Kela, başa düşdüm, ancaq bu nə üçündür?
N ə b i. Sonra deyərəm.
C ə b i. Bax, Ovanes, Saşa bəy kimi oyna.
O v a n e s. Arxayın ol, kela, lap özü kimi oynayacağam.
C ə b i. Nə oynayaq?
N ə b i. Ştos (gedib Səfdərqulu bəyin otağının qapısını acır, sonra gəlib bir
kalod kartı əlinə goturur. Vəli bəy rolunda). Bax, qospoda, bu yüz manat bankdır,
kart deyil.
C ə b i (Mehdi bəy rolunda). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bang
qoysun.
O v a n e s (Saşa bəy rolunda). Mehdi bəy düz deyir, gərək tuz vuraq.
N ə b i. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (Kartı bir-bir uc yerə
paylayır, tuz Nəbiyə cıxır.) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı.
C ə b i. Pravilo belədir, əzizim.
N ə b i. İndi kart qoyun.
Cəbi (stolun ustdəki basqa kaloddan kart cəkib uzu ustə qoyur.) Xalı beş manat.
O v a n e s. Kartı on manat.
N ə b i (kartı cevirir.) Beşlik üzdədir, kartınızı açın. Vəli bəy səninki üzdədir.
İyirmi manatı bangə at, qadanı alım. Saşa bəy, bu saat sənin üçün də bir onluq
getirərəm (kartı sağa və sola paylayır.) Sən vurdun, buyur, Saşa bəy, bu da sənin
on manatın.
O v a n e s. Qoy bangda dursun. Uqol gedəcəyəm.
N ə b i. Çox yaxşı, get (kartı calır.) Buyurun kəsin. (Ovanes kəsir.)
C ə b i. Xalı üç manat.
O v a n e s. Uqol, kela, xalına da on manat.
N ə b i. Pəh, Saşa bəy yenə azartnı elədi. Xeyr, vermirəm. Sənə xalı üç
manatdan artığa xod yoxdur.
O v a n e s. Kartın təpədir.
N ə b i. Onda eybi yoxdur. Mehdi bəy, şahid ol ki, Saşa bəyin kartı təpə olmasa,
pul verməyəcəyəm. (Kartı cevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə.
O v a n e s. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər
altı manat. Bangdan istərsən dörd manat. Vəli bəy kartının üzünü aç.
C ə b i. Surət gətir.
N ə b i (sağa və sola paylayır.) Bu da surət.
C ə b i. O deyil.
N ə b i. Buyur, bu da surətin o birisi.
C ə b i. O da deyil.
N ə b i. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.
C ə b i. Nə, kartın dalını çək deyim.
N ə b i (səsini ucaldır.) Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.
C ə b i. Sən öl, o kartın dalını çək, göstərim.
N ə b i. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...
S ə f d ə r q u l u b ə y (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu
qoyar.
N ə b i. Ha beləcə... Zalım kartın gücünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri
kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin.
C ə b i, O v a n e s çıxırlar.
S ə f d ə r q u l u b ə y (başıaşağı cibindən pul cıxarıb). Vəli bəy, qız da! Bu on
manat (başını qaldırır.) Nəbi!
N ə b i. Bəli.
S ə f d ə r q u l u b ə y. A gədə, bəylər hanı?
N ə b i. Ağa, bəylər yoxdur.
S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri
gəlirdi. Qumar oynayırdılar.
N ə b i. Ağa, bəlkə, yuxunda görmüsən?
S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir
nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi,
vot tebe na, evə gəlib gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör
oradadırlarmı?
N ə b i. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.
S ə f d ə r q u l u b ə y. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli
olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə
deyirdi ki, kartını açmasan getmərəm.
N ə b i. Ağa, and içkinən ki, sənə acığım tutmayacaq, düzunü deyim.
S ə f d ə r q u l u b ə y. Yaxşı, acığım tutmaz, de görüm.
N ə b i. Xeyr, Mələknisa xanımın goruna and iç, deyim.
S ə f d ə r q u l u b ə y. And olsun Mələknisa xanımın goruna. Vot tebe na!
Acığım tutmaz. İndi de.
N ə b i. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var,
gərək bazarlıq edəm. Mən də nə qədər çağırdım, qışqırdım, oyanmadın. Axırda
naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamaq təqlidini çıxartdım ki,
bəlkə onların səslərinə oyanasan. Düzü budur.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Ay gədə, Nəbi, sən nə lotusan. Bəs Cəbi,
Ovanes hanı?
N ə b i. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar.
S ə f d ə r q u l u b ə y. Çağır buraya gəlsinlər.
N ə b i (qapını acıb cağırır.) Cəbi, Ovanes, buraya gəlin, ağa çağırır. Cəbi və
Ovanes daxil olurlar, baş eyirlər.
S ə f d ə r q u l u b ə y. Adə, siz nə bicsiniz, indi də bizim təqlidimizi
çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə tövr karta gedir?
C ə b i (səsini dəyişdirir.) Doqquzluq napi pee... Yenə üzə düşdü. Atanti.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Siz öləsiniz lap Mehdi bəyin özüdür. Adə,
Ovanes, sən de görüm, Saşa bəy nə tövr oynayır?
O v a n e s. Altılıq uqol, xalına da üç manat.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... (Barmağı ilə qorxudur.) Əlbət Saşa bəyi,
vot tebe na, görərəm. Bəs sizdən kim uddu?
C ə b i. Ağa, pulumuz haradaydı ki, puldan oynayaq.
S ə f d ə r q u l u b ə y (onlara pul paylayır.) Ala, bu sənin, bu sənin, bu da
sənin. (hərəsinə bir manat verir.)
Ü ç ü d ə. Sağ olsun Səfdərqulu ağa!
S ə f d ə r q u l u b ə y. Bu gün məni seçsələr, hərənizə bir xələt verəcəyəm.
C ə b i. Ağa, sizdən artıq kim var ki, onu seçələr.
N ə b i. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapılmaz.
O v a n e s. Ağa, çox sağ ol, kela allah sizi bizim üstümüzdən əskik etməsin.
C ə b i. Ağa, izin ver gedək.
S ə f d ə r q u l u b ə y. Yaxşı, gedin.
C ə b i və O v a n e s baş endirib çıxırlar.
S ə f d ə r q u l u b ə y. Nəbi, biz də gedək, bəylər üçün içkidən-zaddan alım,
gətir. Aşpazın hər şeyi hazırdırmı?
N ə b i. Bəli. Səfdərqulu bəy. Onda gedək.
Çıxırlar.
Pərdə
İKİNCİ ŞƏKİL
Birinci pərdənin səhnəsi. Pərdə qalxdıqda Səfdərqulu bəy görünür.
S ə f d ə r q u l u b ə y. (saata baxır.) İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Nəbi daxil olur.
N ə b i. Nə buyurursan, ağa?
S ə f d ə r q u l u b ə y. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?
N ə b i. Bəli, vermişəm.
S ə f d ə r q u l u b ə y. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot
tebe na. Get gör nə üçün gecikmişlər.
Nəbi çıxır, sonra Mehdi bəy. Vəli bəy. Rüstəm bəy. Məşədi Səməd, Saşa bəy səsküylə
daxil olurlar.
H a m ı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!
Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar.
S ə f d ə r q u l u b ə y. Qospada! Bir dayanın, vot tebe na, nəfəsimi alım.
V ə l i b ə y. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?
Rəhim və Kərim daxil olurlar.
M e h d i b ə y. Yaxşı vaxtda gəlmişsiniz, tez bir "Uzundərə" çalın.
Çalırlar.
V ə l i b ə y. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil.
M e h d i b ə y. Vəli bəy, rica edirəm, iki dostun arasına girmə. (Oynayır, sonra
Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum.
Oynayırlar, qeyriləri də çırtıq çalırlar, sonra otururlar.
R ü s t ə m b ə y. Qospada, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik,
oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqca işimizi qurtaraq. Ruslarda
bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaco.
M ə ş ə d i S ə m ə d. Rüstəmbəy, mənasını deyinizki, məndə başa düşüm.
R ü s t ə m b ə y. Yəni dəmiri qızğın ikən yastıla. Məşədi Səməd, indi başa
düşdünmü?
M ə ş ə d i S ə m ə d. Bəli, çox yaxşı başa düsdüm. Siz deyirsiniz ki, Məşədi
Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən Qırx manat dükan borcunu
almaq vaxtı gəlmişdir.
R ü s t ə m b ə y. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borcundan dəm vurursan.
Mən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat
seçilməsi yolunda nə qədər çalışmışam. Qospada, doğrudurmu?
H a m ı. Doğrudur.
R ü s t ə m b ə y. Ona-buna mən ölüm demişəm. Cürbəcür hiylə qurmuşam,
axırı özümü onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospada,
doğrudurmu?
H a m ı. Doğrudur.
R ü s t ə m b ə y. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə bələd
deyillər. Bundan istifadə edərək xam adamları belə aldatmışam: Əmi, heç seçki
görmüsən? - xeyr, oğlum, görməmişəm. Al bu yumru şeyi özün sal. - Xeyr, əmi
onu eləmək olmaz, ancaq sənə kömək elərəm, - onun əlindən tutub qutunun
pərdəsini qaldıraraq, - bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar
saldırmışam. Bax, imanımı belə satmışam. (Guluşurlər.) Bu üsul ilə nə qədər şar
salmışam, özüm də hesabını itirmişəm.
M e h d i b ə y. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?
R ü s t ə m b ə y. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyiləm. Hamınız
işləmisiniz. Xüsusən siz, Mehdi bəy.
S a ş a b ə y. Rüstəm bəy, kela çox uzun danışmaq lazım deyil. Borcunu de
görüm.
Gülüşürlər.
R ü s t ə m b ə y. Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki,
hesabını itirmişəm, ona görə 80 manata iktifa1 edirəm.
V ə l i b ə y. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost,
dost yolunda canını qoyar. Lakin Səfdərqulu bəydən halalca altmış manat qumar
borcunu istəyirəm.
M e h d i b ə y. Qospada, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda
hamıdan artıq çalışan kim olmuş?
H a m ı. Siz.
M e h d i b ə y. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir
belə işi götürüb sudda udsan neçə alardın?
V ə l i b ə y. İki mindən az almazdım.
M e h d i b ə y. Mənciyəz yüzcə manat istəyirəm.
S ə f d ə r q u l u b ə y. Qospada, hamınızı razı edəcəyəm, hələ kef zamanıdır.
R ü s t ə m bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospada,
belədirmi?
H a m ı. Bəli, bəli... (Onu əhatə edirlər.) Tez ol ver.
S ə f d ə r q u l u b ə y. Qospada, bir dayanın, vot tebe na.
H a m ı. Tez ol ver.
S ə f d ə r q u l u b ə y. Görünür, bir Saşa bəyə borcum yoxdur.
S a ş a b ə y. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər? Dünən gecə
özün demədinmi, Saşa, bu bangi aparsam, sənə əlli manat dəsxoş verəcəyə.
Apardın, amma vermədin. Kela, kişinin sözü bir olar.
Gülüşürlər.
M e h d i b ə y. Saşa bəy doğru deyir, hamımız şahidik. Dünən bizdən dörd
min manat pul aparmısan.
S ə f d ə r q u l u b ə y. (cibindən portmonetini cıxardır.) Ala, bu sənin, bu
sənin, bu sənin, bu sənin, bu da sənin.
N ə b i (yemək otağından qacaraq gəlir.) Ağa, mən qaldım.
S ə f d ə r q u l u b ə y. Ala, bu da sənin.
H a m ı. Sağ olsun Səfderqulubəy! Sağ olsun bizim deputat! Urra...
M ə ş ə d i S ə m ə d. Rüstəm bəy, ura-ura deməkdən boğazım qurudu.
Yaşlamaq lazımdır.
S a ş a b ə y. Məşədi Səməd, kela lap ürəyimdən dəm vurdun.
Doktor Azad bəy paltolu, əlində əsa daxil olur.
A z a d b ə y. Qospada, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz?
M e h d i b ə y (kənara). Nə pis vaxtda gəldi.
S ə f d ə r q u l u b ə y. Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (Nəbi
yemək otağından gəlir.) Adə, doktorun paltosunu tut.
A z a d b ə y. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağı bəyin oğlu gözləyir. Atası
ağır xəstədir, dalımca gəlmiş, vaxtım yoxdur.
S ə f d ə r q u l u b ə y. Mənim sağlığıma bir stəkan şampanski içməyə də
vaxtın yoxdur? Vot tebe na!
M e h d i b ə y. Yox, yox, mən razı deyiləm. Doktoru yoldan eləməyin. Nağı
bəy ölər, cavabdeh biz olarıq.
R ü s t ə m b ə y. Mehdi bəy doğru deyir, qoy Azad bəy gedib naxoşuna
baxsın, sonra gəlib bizimlə səhərə kimi kef edər.
A z a d b ə y. Mən özüm Zeynal bəyin qonaqlığından gəlirəm. Orada məni
buraxmırdılar. Söz verdim ki, Nağı bəyə baxıb qayıdaram. Səfdərqulu bəy,
doğrudan da, bu nə qonaqlıqdır? Hələ orada Zeynal bəyi padşahlıq dumasına vəkil
seçmək münasibəti ilə şampanski içib ura-ura qışqırırlar. Buradakı ura-ura kim
üçündür?
S ə f d ə r q u l u b ə y. Qospoda, bu nə deyir? Vot tebe na! Mənəm deputat,
yoxsa Zeynaldır?
V ə l i b ə y. Həkim səhv edir, vəkil sənsən.
R ü s t ə m b ə y.A pir olmuş, azarlı orada can verir. Sən burada bizə leksiya
oxuyursan.
M e h d i b ə y. Azad bəy, Rüstəm bəy doğru deyir, yolunla düz gedə
bilmirsən? Sənə nə borcdur ki, burada nə qayırırıq.
A z a d b ə y. A lotular, bu nə kələkdir?Nə üçün kişini aldadırsınız?
M e h d i b ə y. Rica edirik ki, bizlə Səfdərqulu bəyin arasına girməyəsiniz,
vəssalam.
A z a d b ə y. Mən də sizdən rica edirəm ki, sabah Səfdərqulu bəy həqiqəti
bilib baş-gözünüzü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz, vəssalam. (Cıxır.)
S ə f d ə r q u l u b ə y. Qospada, bu nə işdir? Vot tebe na!
M ə ş ə d i S ə m ə d. Səfdərqulu bəy, əslinə baxsan bizim işimizin hamısı vot
tebe nadır.
Gülüşürlər.
M e h d i b ə y. Dostum, diqqətlə mənə qulaq asmağını rica edirəm. Əgər mən
deyən fikrə şərik olmasan, Azad bəy buyurduğu kimi, qol-qabırğamızı qır. İndi
qulaq as, Zeynal bəy və qeyri bəyin bu işə girişməkdə məqsədi nədir? Məncə bircə
şeydir: ona dibdat bəy desinlər, vəssalam. Madam ki, iş belədir, mən öz tərəfimdən
və bu dostlarım tərəfindən sənə söz verirəm ki, elə bir tədbir görüm ki, bu dibdat
bəy ləqəbi sən ölənə kimi, xeyr, yüz illərcə, daha doğrusu, min illərcə üstündə
qalsın. Şübhə edirsən? Qospada, bu 52 vərəqdən düzəlmiş kart nə vaxt məhv
olacaqdır?
R ü s t ə m b ə y. Bütün bəşəriyyət məhv olanda.
M e h d i b ə y. Doğru.
V ə l i b ə y. Kart, bəşəriyyət, dibdat bəy... anlamıram.
M ə ş ə d i S ə m ə d. Sən anlamırsansa, mən çox gözəl anlayıram. Mehdi bəy,
dalını söylə.
M e h d i b ə y. Qospada, bu andan bizim aramızdan valetsaldat ləfzləri
götürülür...
M ə ş ə d i S ə m ə d. Yerinə bir dibdat bəy qonur.
R ü s t ə m b ə y. Bravo!
V ə l i b ə y. A... indi başa düşdüm. Məncə şahın yerinə dibdat bəy qoyaq.
M e h d i b ə y. Xeyr, xeyr, şahların yerləri möhkəm deyil. Saldat hər zaman
olacaqdır.
S a ş a b ə y. Səfdərqulu bəy, sənin kela, o qarlı, şaxtalı Peterburqda nə işin
var?
V ə l i b ə y. Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xatalı işdir.
R ü s t ə m b ə y. Doğrudur, birdən artıq-əskik söz söylədin, bəlaya düşdün.
Zarafat deyil, həmişə vəzirlər qabağında, bəzən padşah hüzurunda danışacaqsan.
M e h d i b ə y. Ağızdır, bir xatalı söz buraxdı, içindən qəmbərqulu çıxdı.
M ə ş ə d i S ə m ə d. Biriniz soyuqdan dəm vurursunuz, o biriniz danışıq
qorxusundan, lakin heç biriniz əsli mətləbə yaxın düşmürsünüz. Səfdərqulu bəy bir
gün plovsuz olmaz. Hələ bunun turşulu qovurması, dolması var.
V ə l i b ə y. Küftəsi var.
R ü s t ə m b ə y. Dovğası var.
S a ş a b ə y. Bozbaşı var.
S ə f d ə r q u l u b ə y. Sizin deməyinizə görə o yekəlikdə şəhərdə bunları
bişirən tapılmayacaqdır?
Gülüşürlər.
M e h d i b ə y. Gəlsənə aşpaz Qolubyakin sənə bir piti də qoysun. Ya şam
kababı da bişirsin?!
S ə f d ə r q u l u b ə y. Zakaz verərəm, bişirər. Vot tebe na.
M e h d i b ə y. O da sənə dəyər: mən qovurmaçı Cəbi deyiləm, vot tebe na.
Gülüşürlər.
V ə l i b ə y. Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar.
Canım, allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır.
S ə f d ə r q u l u b ə y. Siz öləsiniz, şoqəribin adını çəkəndə ürəyim bulanır.
Nə yaxşı məni secməyiblər. Vsyo k çortu. Vot tebe na. Nəbi, aşpaza de plovu
çəksin.
H a m ı. Sağ olsun bizim deputat bəy!
M e h d i b ə y. Qospada, cümə axşamı bu günkü kefin mabədi bizdədir.
Rəhim, Kərim, siz də gələrsiniz.
R ə h i m. Mehdi bəy, mən də sizə söz verirəm ki, ona kimi bir rəng (hava) icad
ediın, orada çalaram, xoşunuza gəlsə, adını "Rəngi-dibdat bəy" qoyarıq.
R ü s t ə m b ə y. Ay sağ ol!
K ə r i m. Mən də bir təsnif düzəldərəm, oxuyaram. Bəyənsəniz, adını "Təsnifidibdat
bəy" qoyarıq.
M e h d i b ə y. Dostum, eşidirsənmi, daha sənin üçün ölüm yoxdur. Zeynal
bəy müvəqqəti deputat bəydir, sən isə dünya durunca... Sağ olsun Səfdərqulu bəy!
H a m ı. Sağ olsun Səfdərqulu bəy! Ura...
N ə b i. Ağa, süfrə hazırdır.
S ə f d ə r q u l u b ə y. Qospada, süfrəyə buyurunuz.
Rəhim çalır, Kərim qaval vurur, hamı yemək otağına keçir.