Politoloqlar Elxan Şahinoğlu və Azər Rəşidoğlu bu barədə fikirlərini bölüşürlər.
Elxan Şahinoğlu:
«Ölkədə dərin iqtisadi və siyasi islahatlara ehtiyac var. Bu ehtiyac ərəb dünyasında baş verən təlatümlərdən əvvəl də var idi, indi də var. Düşünürəm ki, kosmetik dəyişikliklərlə real nəticə əldə etmək mümkün olmayacaq. Yəni, indi guya ki, hakimiyyət tərəfindən addımlar atılır. Korrupsiya aşağı səviyyədə «qadağan» edilir. Müəyyən sosial proqramlardan söhbət açılır. Maaşların, pensiyaların artırılması gündəmə gətirilir. Ancaq bunlar ölkədəki vəziyyəti dəyişəcək gücdə deyil. DƏRİN İSLAHATLARA EHTİYAC VAR. Çox təəssüf ki, bu istiqamətdə hələ önəmli addımlar atılmır. Son aksiya da elə bir təsiredici olmadı və bu da mən düşünürəm ki, əks effekt verə bilər. Hakimiyyət düşünə bilər ki, müxalifət 200-300 adam çıxara bilmirsə küçələrə, demək ki, bu müxalifəti, bu ictimai qınağı daha çox əzmək olar. Belə bir situasiya hakimiyyətə də yaxşı nəticə vəd etmir. Çünki artıq daxildən də böyük narazılıq yaranıb».
Azər Rəşidoğlu:
«Ölkədəki gərginliyin səbəbi tüğyan edən korrupsiya, sosial ədalətsizlik, insan haqlarının tapdanması, söz azadlığının pozulması, jurnalistlərin həbsidir. Uzun müddət sürən durğunluğu 2 aprel mitinqi xeyli dərəcədə çıxardı və cəmiyyətdə olan vahimə, qorxu, durğunluq sindromunu sındıra bildi. Güman edirəm ki, 17 aprel mitinqi də onun davamı idi. Bu mitinqin nisbətən bəlkə də zəif görünməsinin əsas səbəbi o idi ki, mitinqin təşkilatçılarının hamısı həbs olunmuşdu. Onu vurğulamaq lazımdır ki, 17 APREL AKSİYASINDA HAKİMİYYƏT 2 BÖYÜK SƏHVƏ YOL VERDİ ki, bu onun üçün hər halda başucalığı gətirməyəcək. İlk dəfədir ki, xarici jurnalistlər Azərbaycandan deportasiya olundu. Bu, Azərbaycanın beynəlxalq imicinə böyük zərbə vuracaq. İkinci səbəb əlbəttə ki, 5 yaşlı uşağın radikal müxalifətçi kimi saxlanmasıdır... Hökumətin nəzarətində olan telekanallarda müxalifətə qarşı bu ağlasığmaz və qara piarın başlanması onu deməyə əsas verir ki, bu gərginliyi yaradan məhz hakimiyyətdir».
Elxan Şahinoğlu
«Çoxlu sayda insanın bu kütləvi aksiyalara qoşulmamasının iki səbəbi ola bilər. Birinci səbəb odur ki, narazı insanlar azdır ölkədə. İkincisi isə qorxu hissi güclüdür. Mən düşünürəm ki, burda əsas ikinci səbəbdir. Narazılar əlbəttə, çoxdur. Hakimiyyətin öz içində də narazılar var. Sadəcə, bu NARAZILIQ O HƏDDƏ GƏLİB ÇIXMAYIB Kİ, İNSANLARI KÜÇƏYƏ ÇIXMAĞA VADAR ETSİN, İNSANLAR DUBİNKANIN ALTINA GETSİN. Bu mərhələyə biz hələ gəlib çıxmamışıq».
Azər Rəşidoğlu:
«Mən fərqli olaraq belə hesab edirəm ki, Azərbaycanda narazılıq həddindən artıq böyükdür. Son aylar ərzində olan narazılıq indiyə qədər olmamışdı. Sadəcə, indiki bu ağır repressiya şəraitində insanların, cəmiyyətin narazılıq etmək cəhdlərinin qarşısı o dərəcədə amansızlıqla alınır ki, insanlar hətta səslərini belə çıxara bilmirlər. Cəza aparatı, cəza maşını son dərəcə ağır olduğuna görə bu səslər dərhal kəsilir. Narazılıq son həddədir və artan xətt üzrə inkişaf edəcək».