Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:33

"Təyyarə sürücüsü vəsiqəsi”ni də rüşvətlə?


Arxiv fotosu
Arxiv fotosu
Bu ilin yanvarında Airbus 320 sərnişin təyyarəsi qabaq təkərləri üzərinə eniş edəndə Hindistanlı pilot Parminder Kaur Gulati sorğu-suala çəkildi. Nə məlum olsa yaxşıdır?! Gulati "təyyarə sürücülüyü vəsiqəsi”ni – pilot lisenziyasını rüşvət hesabına alıbmış.

Hindistan hökumətinin apardığı xüsusi araşdırmadan sonra məlum olub ki, ölkədə çox sayda pilot məktəblərində lisenziyaları rüşvətlə satırlar.

“Washington post” qəzeti bu hadisə barədə məlumatında qeyd edir ki, son illər Hindistanda hava yolları ən gəlirli sahələrdən biri olub. Mülki təyyarəçilərin olduqca yüksək maaş aldığını eşidən gənclər pilot məktəblərinə axşıırlar. Ölkəni təhsil üçün heç bir şəraiti olmayan pilot məktəbləri bürüyüb.

Həmin məktəblərin bəziləri qəbul üçün 15 00 dollar rüşvət alır, sonda da tələbələrinə yalançı lisenziyalar verirlər.

Bu hadisədən sonra hökumət pilotların peşə qabiliyyətini yenidən yoxlamağa başlayıb. Rəsmi məlumata görə görə indiyə qədər Gulati də daxil olmaqla 29 nəfərin "pilot vəsiqələri" əllərindən alınıb. Saxta pilot lisenziyalarına görə 14 nəfər həbs edilib.

Hindistanda sonuncu böyük təyyarə qəzası keçən ilin mayında baş vermişdi. O zaman yerə enən təyyarə pilotun səhvindən qəzaya uğramış və 158 nəfər həlak olmuşdu. Amma həmin qəza təyyarəsinin pilotu Hidnsitan vətəndaşı deyildi.
XS
SM
MD
LG