Fransa elan edib ki, Liviyada diktator Müəmmər Qəddafi ilə döyüşən üsyançılara yardım üçün “kiçik hərbi məsləhətçilər qrupu göndərir”.
Bunu Fransa hökumətinin sözçüsü Francois Baroin bidirib.
Bundan qabaq Britaniya hökuməti də buna bənzər vəd verərək Liviya müxalifətinə kömək üçün 20 nəfərlik hərbi məsləhətçi qrupu göndərəcəyini bəyan etmişdi.
Fransa hökumətinin sözçüsü deyib ki, məsləhətçilər hərbi birləşmələr arasında koordinasiyaya yardım edəcəklər. Məqsədləri də “dinc əhalinin müdafiəsini təmin etmək üçün keçid hökumətinə köməkdir”.
Amma sözçü onu deyib ki, Fransa Liviyaya qoşun hissələri göndərmək fikrində deyil.
Bu bəyanat Fransa prezidenti
Sarkozinin Liviya üsyançılarının rəhbərləri ilə görüşündən sonra səslənib
Bir aya yaxındır ki, NATO təyyarələri BMT-nin qətnaməsi ilə Liviyada hökumət qüvvələrinə hava zərbələri endirsələr də, qüvvələr balansını köklü şəkildə dəyişə bilməyiblər.
Diktator Qəddafiyə sadiq qüvvələr hələ də ölkənin böyük hissəsinə nəzarət edir, üsyançılara zərbələr endirirlər.
Liviyanın Benqazi şəhərində yerləşən keçid hökumətinin rəhbəri Mustafa Əbdül Cəlil Parisə Romadan gəlib.
O orada İtaliyanın xarici işlər naziri Franco Frattini ilə görüşmüşdü.
Cəlil Romada jurnalistlərə deyib ki, əgər NATO-nun hava zərbələri olmasaydı, Qəddafiyə sadiq qüvvələr Benqazidə qətliam törədəcəkdilər.
“LiviyalIlar bunu heç zaman unutmayacaqlar. Biz ümid edirik ki, italyan dostlarımız Qəddafiyə təzyiqləri artıracaq və onu silahlı yerə qoyub Liviyanı tərk etməyə məcbir edəcəklər”/
Bu - Cəlilin keçid hökumətinin rəhbəri olandan bəri ilk xarici səfəridir. O Fransa, İtaliya və Qatara təşəkkür edib ki, keçid hökumətini Liviyada yeganə legitim hakimiyyət kimi tanıyıblar.
Ölkənin qərbində Misrata şəhəri isə hələ də üsyançıların əlində qalır
Qəddafiyə sadiq qüvvələr Misratanı mühasirədə saxlayır və şəhəri davamlı raket və mina atəşinə tuturlar.
Dünya Səhiyyə Təşkilatının sözçüsü Tariq Jasarevic deyib ki, şəhər hospitallarında həkim və dərman çatışmazlığı var. Cərrahiyyə əməliyyatlarının aparılması ilə bağlı çətinliklər görə 120-yə yaxın xəstə evakuasiya edilməlidir.
Misratadakı üsyançılar Fransa və Britaniyaya müraciət edərək şəhərə qoşun göndərməyi xahiş ediblər.
Fransa artıq üsyançılara peyk rabitəsi avadanlıqları və zirehli jiletlər göndərib.
Amma Fransa kimi Britaniya da Liviyaya müxalifətin tərəfində döyüşmək üçün əsgər göndərmək niyyətində olmadığını bildirib.
Qəddafi hökuməti Britaniya və Fransanın Liviya üsyançılarına kömək üçün kiçik kontingent göndərmək qərarını pisləyib.
Xarici İşlər nazirinin müavini Khaled Kaim deyib ki, güman ki bu, uğursuzluqla nəticələnəcək, çünki yaraqlılar yaxşı təşkilatlanmayıblar.
Onun fikrincə, bu qərar sadəcə konflikti daha da uzadacaq
Amma NATO-nun sözçüsü Oana Lungescu bu arada nikbin danışıb.
“Biz indiyə qədər çoxlu sayda hədəflər vurmuşuq: tanklar, silah anbarları, raket atan qurğular... Biz dinc əhaliyə qarşı qətliamı dayandırmaq üçün Qəddafi rejiminə təzyiqi davam etdiririk. Bu çox çətin bir işdir, amma biz yetərincə uğur əldə etmişik – Qəddafinin öz hərbi qüvvələrini xalqa qarşı istifadə etmək imkanlarını xeyli azaltmışıq”.
Qəddafinin oğlu Seif al-Islam isə dövlət televiziyasında çıxış edərək üsyançılarla mübarizədə qalib gələcəklərinə inandığını deyib.