Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:08

Dövlət Departamenti «Facebook»da sizinlə dost olmaq istəyir


Dövlət Departamenti «Facebook»da 10 dildə məlumat yayır
Dövlət Departamenti «Facebook»da 10 dildə məlumat yayır
Ötən ay İranda müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi ev dustağı ediləndə, iranlı fəal Əmir Hüseyn Etimadi ABŞ Dövlət Departamentinin «Twitter»dəki fars dili bölməsinə mesaj yollamışdı. O vaxtdan Dövlət Departamentinin «Facebook» şəbəkəsindəki fars xidmətinə də çoxlu ismarışlar yollayıb.

Mesajlarının birində o bunları yazmışdı: «Ümid edirəm ki, bu əlaqə interaktiv olacaq. Biz sadəcə, Dövlət Departamentinin səhifəsində yazılanları oxumaqla kifayətlənməyəcəyik. Daha vacibi Departament İran saytlarını və iranlıların mesajlarını da nəzərə alacaq».

«Twitter»də olmasa da, «Facebook»dan göndərdiyi mesajlardan birinə Etimadi cavab alıb. ABŞ rəsmilərindən biri cavabında mesaja görə ona təşəkkür edib. Ona şərh yazmaqda davam etməyi tövsiyə edib. ABŞ Dövlət katibi Hillari Klintonun mesajını bir daha təkrarlayıb ki,

VAŞİNQTON TƏKCƏ DİNLƏMİR. HƏM DƏ EŞİTDİKLƏRİNƏ REAKSİYA VERİR
.

H. Klinton fevralın 15-də Dövlət Departamentinin sosial media təşəbbüsünü elan edib. Bu fəaliyyət Obama administrasiyasına imkan verəcək ki, harada olmasından asılı olmayaraq, internetə çıxışı olan insanlarla ikitərəfli əlaqə saxlasın.

Bəzi ölkələrdə sosial mediadan istifadə təhlükəli olur
ABŞ Dövlət Departamenti ingilis dilindən başqa daha 9 dildə - ərəb, rus, fars, Çin və başqa dillərdə məlumat yayır.

İndiyədək Dövlət Departamentinin ərəb dilindəki «Twitter» səhifəsini 6000 istifadəçi izləyir. Bu əslində az rəqəmdir. Fars dilində olan hesabın izləyicilərinin sayı bundan da azdır.

Bloqqerlərin çoxu düşünür ki, müxtəlif dillərdə səhifələr açılması ABŞ-la istifadəçilər arasında uçurumu azaldacaq. Mərakeşli bloqqer Hişam Almiraat bunları deyir:

«BUŞ ADMİNİSTRASİYASI DÖVRÜNDƏN İNDİ ÇOX UZAĞIQ

Həmin vaxt biz sadəcə, müəyyən təbliğatın dinləyicisi idik. İndi isə interaktiv əlaqə var. Bu da çox yaxşıdır».

Misirli bloqqer Dalia Ziada isə deyir ki, misirlilərin sosial şəbəkələrdəki mesajlarının Vaşinqtonun xarici siyasətinə təsir edib etmədiyini bilmir. Ancaq o deyir ki, bu kommunikasiya imkanı hər halda Ağ Evin gənc ərəblərin fikirləri ilə maraqlandığına bir sübutdur:

Barak Obama «Facebook»un Baş qərargahında, 20 aprel 2011
«Onlar ən azından regiondakı müxtəlif siyasi məsələlərin həllinə çalışarkən bu fikirləri nəzərə alırlar. Onların auditoriyası hələ də televizora baxan insanlardan ibarət deyil. İnternet həm bizim televiziyamız, hım radiomuz, hər şeyimizdir».

Lakin internet də bir növ dünənin mediasıdır. O mənada ki, hökumət də ona müdaxilə edə bilir.

BELARUS, ÇİN KİMİ ÖLKƏLƏRDƏ HÖKUMƏT VEB-SAYTLARA BLOK QOYUR


Çatlarda insanlara nəzarət etmək üçün casuslarını yerləşdirir. Həmin adamların harada olmasını mobil telefonların siqnallarından istifadə etməklə öyrənə bilir. Bu da bəzi ölkələrdə sosial mediadan istifadəni təhlükəli edir.

Bu yaxınlarda İrandan qaçan Etimadi deyir ki, Dövlət Departamentinin bu yeni xidmətindən İranda yaşayan dostlarının istifadə edəcəyini düşünmür.

ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisi Maykl Posner isə bildirib ki, Dövlət Departamentinə yazan istənilən şəxsin məlumatları nəzərə alınır. Hətta onlara cavab yazılmasa belə.
XS
SM
MD
LG